Meşələri kim yandırır? - İLGİNC İDDİA
Son illərdə dünyada meşə yanğınları artır. Planetin ağciyərləri sayılan Amazon, Sibir, Kaliforniya, Afrika meşələrinin, həmçinin Avstraliya, Türkiyə, Yunanıstan və sair ölkə meşələrinin çox böyük sahələrdə yanması planetimizin ekologiyasına sarsıdıcı zərbə vurub. Sonuncu dəfə isə Havay adaları yandırıldı. İnternetdə yayılan müşahidə kameralarının çəkilişlərində səmadan işıq şüasının yerə doğru yönəldiyi və yanğınların başladığı aydın görünür. Əvvəlki yanğınların da qəsdən törədildiyi haqda çoxsaylı faktlar aşkar olunmuşdu.
Əldə olunan bir çox faktlar bu yanğınların qəsdən törədildiyini dəqiq şəkildə sübut edir. Bəzi yerlərdə (məsələn, Türkiyədə) xətt üzrə yanğının baş verməsi o əraziyə kosmosdan peyklərlə lazer şüası verilməsi haqda ciddi iddialara səbəb olub. Həmçinin, Sibir və Amazon meşələrində yandırıcı kapsulların tapılması də, bu kapsulların ölkə üzərindən keçən təyyarələrdən səpilməsi haqda ciddi iddialar doğurub. Bir sıra hallarda meşələri qəsdən yandıran adamların ya görüntüləri aşkar olunub, ya da bu adamlar ələ keçib.
Əlbəttə, təbii səbəblərdən yanğınlar da olur, lakin bunlar ümumi yanğınların çox az bir hissəsini təşkil edir. Ehtiyatsızlıqdan yaranan yanğınlar və təbii səbəblərdən baş verən yanğınlar ümumi halların maksimum 20 faiz ola bilər. Dünya mediasında artıq bu qlobal prosesi hansı qüvvənin təşkil etdiyi haqda geniş müzakirələr gedir.
Azərbaycanda da son illərdə meşə yanğınlarının sayı artıb. Meşələrimizdə başlayan yanğınlar nəticəsində böyük ölçüdə ağaclar və otluq sahəsi yanaraq məhv olub. Həmçinin, meşədə yaşayan heyvanlar yanıb. Əlbəttə, bunların bəzilərinin qəsdən törədildiyi aşkar faktdır- məsələn, Qarabağ bölgəsində ermənilərin yandırdığı meşələri misal göstərmək olar. Lakin digər bölgələrdə də baş verən çoxsaylı yanğınlar bir çox hallarda şübhələrə səbəb olur. Bunların hamısını istilərlə, quraqlıqla əlaqələndirmək mümkün deyil. Bundan da isti və quraq illər olub, amma belə çoxsaylı yanğınlar baş verməyib. Belə çıxır ki, dünyada olduğu kimi, bizdə də bu yanğınların çoxu hansısa qüvvə tərəfindən qəsdən törədilir. Lakin bunu araşdırıb sübut etmək çox çətindir.
Təbiətdə hər zaman yanğınlar olur. Bəzən Günəşdən gələn şüalar nəticəsində quru meşələrdə yanğınların baş verdiyi müşahidə edilir. Bəzi ağaclarda müəyyən tezalışan mayelər var ki, günəş şüalarından təsirlənərək yanğına səbəb ola bilir. Lakin Azərbaycan meşələrində həmin mayelərin olduğu ağaclar demək olar ki, yoxdur. Onlar əsasən ekvatroial və tropik ölkələrdə olur. Həmçinin hadisələrin ardıcıl şəkildə baş verməsi göstərir ki, Azərbaycanda da yanğınlar qəsdən törədilir. Bunu insanların üzərinə atmaq lazım deyil. Meşənin torpaq hissəsində kiçik ocaq qalamaqla meşə yana bilməz. İnsanlar ocağı söndürməsələr belə, o öz-özünə sönəcək. Heç kim meşəni yandırmaq istəmir, hamı ocağı tam söndürür.
Artıq dünya ictimaiyyətində belə fikir formalaşıb ki, dünya meşələrini qlobal qüvvələr yandırırlar. Bir çox ölkələrdə meşələri yandırırlar, sonra yerində palma plantasiyaları yaradılır. Qlobal palma yağı istehsalının astromonik artımına baxanda aydın olur. Bundan başqa, ağaclar 5G və elektromaqnit dalğaların udulmasına səbəb olduğu üçün özünü Vahid Dünya Hökuməti adlandıran qlobalistlərə sərf etmir. Onlar dünyanın hər yerinə bu dalğaları ötürə bilmirlər.
Keçən il dünyanın onlarla ən böyük qida anbarlarını da onlar yandırdı. Süni şəkildə qıtlıq yaradırlar. Hazırda dünya ərzaq istehsalı tələbatı artıqlaması ilə ödəyəcək həddədir, amma süni qıtlıq və bahalıq yaradıb böhran təşkil edirlər. Bütün bunlar böyük planın tərkib hissəsidir.
Bu yanğınların qarşısının tam alınması mümkün deyil. Lakin biz heç olmasa bir çoxunun qarşısını ala bilərik. Bunun üçün meşə zolaqlarında, girişlərdə nəzarətçilərin sayını artırmaq lazımdır. Kameraların sayı çoxaldılmalıdır.
Onsuz da Azərbaycanın meşə fondu 10 faizdir, yəni azdır. Səhra ölkələri istisna olmaqla, biz dünyada ən az meşə fonduna sahib ölkələrdən biriyik. Ona görə də mövcud meşələri qorumaq və yeni meşə sahələri yaratmaq lazımdır.
Elçin Bayramlı / Səs qəzeti
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2023, 13:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər