Əmlak sektorunun inkişafına mane olan qüvvələr
Qanunsuz qeyri-yaşayış təyinatlı tikililərin qeydiyyatı, sənədləşdirilməsi ilə bağlı yeni prosesə start verilir. Artıq minlərlə sahibkar öz əmlakları üzərində mülkiyyət hüququ qazanmaq imkanı əldə edəcəklər.
Azərbaycanda şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə tam cavab verməyən çoxsaylı qeyri-yaşayış təyinatlı tikililər mövcuddur. Hazırda onların üzərində mülkiyyət hüquqlarının tanınması, iqtisadi dövriyyəyə cəlbi çətinləşib. Bu problemlərin aradan qaldırılması məqsədi ilə Prezident İlham Əliyev tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb.
“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
Əmlak qeydiyyatında yeni mərhələ
Fərman 2023-cü il iyunun 1-dək inşa edilən qeyri-yaşayış sahələrini əhatə edir, daşınmaz əmlakın qeydiyyatı sahəsində amnistiya xarakteri daşıyır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mediaya bildirib ki, bu Fərman ilk növbədə sahibkarlara mülkiyyət hüquqlarını tanıtmaq imkanı verir. Onun sözlərinə görə, Fərman qeyd edilən tikililərin təhlükəsizlik qaydasına uyğunluğu yoxlanılmadan, istismara yararlı olub-olmamasına baxılmadan birbaşa amnistiyasını deyil, onların islah olunaraq problemlərinin aradan qaldırılmasını təmin edəcək. Dövlət orqanları tərəfindən bir-bir, addım-addım müvafiq problemlər aradan qaldırılaraq, o obyektlərin iqtisadiyyata qazandırılması həyata keçiriləcək.
Torpaqların təyinatı dəyişdiriləcək
E.Məmmədov deyib ki, tikinti işi aparılmasına icazə verilməyən ərazilərdə vaxtilə inşa olunmuş, yaxud, qanuni prosedurlar icra edilmədən tikilmiş qeyri-yaşayış obyektlərinin sahibləri birbaşa Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq regional idarələrinə müraciət edəcəklər: “Vətəndaşın hansısa əlavə quruma müraciət etməsinə, arayış alıb digər quruma təqdim etməsinə ehtiyac qalmayacaq. FHN də vətəndaşın müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edəcək. Orada torpaq, yer quruluşu işləri aparılaraq bütün məsələlər aydınlaşdırılacaq. Obyektin mühafizə zolağına düşüb-düşməməsi və digər amillər nəzərə alınmaqla, mümkün hallarda torpağın təyinatının dəyişdirilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırılacaq. Əgər torpaq mülkiyyətdə deyilsə və ya öz mülkiyyətində olan torpağı aşaraq qonşunun bələdiyyə torpağından istifadə edilibsə, hərracdankənar qaydada sürətli şəkildə həmin sahibkarların icarəsinə veriləcək, yaxud özəlləşdiriləcək. Əkin və örüş təyinatlı torpaqlarda, xüsusən Abşeron ərazisində yüzlərlə, minlərlə yaşayış və qeyri-yaşayış obyekti tikilibsə, müraciət əsasında onların təyinatı dəyişdirilərək sənədləşdirilməsinə imkan tanınacaq. Təhlükəli mühafizə zolaqlarında olan qeyri-yaşayış sahələri yenə də sənədləşdirilməyəcək. Bu, mümkün ola bilməz və çox təhlükəli tendensiyaya səbəb ola bilər”.
Əmlak sahiblərinin mülkiyyət hüquqları tanınacaq
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev vurğulayıb ki, Azərbaycanda, xüsusən Bakıda çıxarış ala bilməyən yüz minlərlə fərdi həyət evləri, torpaq sahələri, on minlərlə qeyri-yaşayış obyektləri var. Onun sözlərinə görə, bu çıxarışsız əmlakların böyük hissəsi sovetlər dövründən qalıb: “Qeyri-yaşayış obyektlərinə çıxarışların verilməsi ilə bağlı imzalanmış Fərman təbii ki, həmin əmlak sahiblərinin mülkiyyət hüquqlarının tanınmasına gətirib çıxaracaq. Həmin şəxslərə çıxarışların verilməsi onu deməyə əsas verir ki, artıq vətəndaşın mülkiyyət hüququ tanınır və o, kapital olaraq dəyərləndirilir. Bu gün həmin əmlakların satış dəyəri çox aşağıdır. Lakin çıxarış olduğu zaman əmlak sahibi onu bank vasitəsilə sata, girov qoyub pul götürə bilər. Yaxud, həmin obyektləri icarəyə verərkən çıxarış olduğuna görə rəsmi notarial formada icarə müqaviləsi bağlayıb dövlətə vergi ödəyəcək”.
Ekspert deyib ki, çıxarış olmadığı zaman, həmin obyektlərin notarial icarə müqaviləsi bağlanıla bilmir və dövlətə vergi ödənilmir: “Çıxarış olmadığına görə, bu əmlaklar bələdiyyə və əmlak vergisinə də cəlb olunmurlar. Ən nəhayət, hansısa formada satılanda da, çıxarışı olmadığı üçün dövlətə vergi ödənilmir. Mövcud durumdan itirən tərəf tək əmlak sahibləri yox, həm də dövlətdir. Qeydiyyatsız əmlaklarla bağlı dəfələrlə qərarlar qəbul edilib, tapşırıqlar verilib. Amma bu zamana qədər ciddi addım atılmayıb. Əksər hallarda bu qərarlar kağız üzərində qalıb. Yaxud, çox kiçik sayda əmlak çıxarışla təmin olunub”.

E.Fərzəliyev söyləyib ki, sovetlər dövründən qalan çıxarışsız həyət evləri olan ərazilər əsasən Bakının Yasamal, Nəsimi rayonları, Abşeron ərazisindədir. Bu ərazilər nə əkin, neftçıxarma sahələri, nə də digər xüsusi kateqoriyaya aid deyil: “Sırf yaşayış məntəqələri olsa da, oradakı əmlaklar indiyə qədər çıxarışla təmin olunmayıb. Bəzi tikinti normativləri pozulsa da, faktiki vətəndaşlar orada bir neçə onilliklərdir yaşayır. Onların çıxarışının olmaması səbəbindən dövlət büdcəsi də böyük itkilərə məruz qalır. Ümumən, tikinti ilə əlaqədar yeni qaydalar hazırlanmalıdır. Bu gün biz çıxarışsız əmlaklardan danışırıq. Paytaxtın hansısa bir hissəsində qadağan olunmuş ərazilərdə, digər təyinatlı torpaqlarda faktiki olaraq yenə də tikinti işləri gedir. Bu vəziyyətdə vətəndaş haqlı tərəfdir. Bələdiyyə sənədi, yaxud, hansısa dövlət qurumunun verdiyi rəsmi sənəd əsasında torpaq alıb, üzərində hansısa əmlak tikir. Bu gün həmin ərazilərə çıxarışların verilməməsi, təyinatın fərqli olması və s. bu kimi bəhanələrin bildirilməsi vətəndaşların günahı deyil. Təəssüf ki, Azərbaycanda əmlak sahəsinin inkişafına mane olan hansısa qüvvələr var. Bu da son nəticədə vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2023, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |