“Bağça müdirəsi deyir ki, pul verməsən, uşağı götürmürəm” – Korrupsiya fəaliyyəti
Ölkəmizdə bağçalardakı vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, valideynlərin tez-tez üzləşdiyi problemlərdən biri uşaq bağçalarında yer çatışmazlığıdır.
Səbəb olaraq isə uşaqların sayının çoxluğu ilə əlaqədar olaraq yerlərin məhdudluğu göstərilir. Bir sözlə, bu, bağça müdirələrinin ənənəvi bəhanəsidir. Belə hallar Bakı ilə yanaşı, digər şəhər və rayonlarda da müşahidə olunur.
Valideynlər iddia edir ki, bağça müdirləri onların uşaqlarını yerləşdirməklə bərabər, sənədləşmə üçün də ayrıca vəsait tələb edirlər. Belə olduğu halda isə bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi gündəmə gəlir. Bəs, indiki şəraitdə bu mümkün ola bilərmi?
Baş verənlərlə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu təəssüflə bildirdi ki, bağçalar korrupsiya fəaliyyəti ilə məşğuldur:
“Vaxtilə bağçalar Təhsil Nazirliyinin tabeliyində idi. Lakin daha sonra qərara gəldilər ki, bağçaları özəlləşdirsinlər. Hamısını deyil, korrupsiyaya meylli bağçaları özəlləşdirdilər ki, nəzarəti Təhsil Nazirliyinin əlində alsınlar. Bir zamanlar sabiq təhsil naziri Misir Mərdanov bağçaların ayrı-ayrı şəxslər tərəfindən ucuz qiymətə özəlləşdirilməsinə təpki göstərdi.
Ona görə bağçaları ondan aldılar və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyinə verdilər. Bu zaman bir sıra təhsil ekpsertlərimiz, onların Misir Mərdanovla şəxsi qərəzlikləri var idi-and-aman edirdilər ki, bağçalar Təhsil Naziriliyindən alınıb BŞİH-ə verilsə, xoşagəlməz hallar yox olacaq.
Bağçalar BŞİH-in sərəncamına keçəndən sonra Azərbaycanın məmurları bağçaları bacısının, arvadının və ya özünü adına keçirirdilər. Digər bağçalar isə töküntü olaraq qaldı.
Hər kəsə bəllidir ki, BŞİH pedaqoji qurum deyil. Guya bir neçə pedaqoji ştat yaratdılar və həmin ştatlar bağçaları idarə edir. Amma əslində o zamanlar Misir Mərdanov da deyirdi ki, məktəblərdə, bağçalarda rüşvəti təşkil edən icra hakimiyyətləridir. Təsəvvür edin bu sözdən sonra uşaq bağçalar icra hakimiyyətinə verilib”.
Ekspert qeyd edib ki, uşaq bağçaları BŞİH-ın idaərçiliyinə veriləndən sonra bu qurum tam sərbəst oldu və bağçalarda korrupsiya fəaliyyətinin həyata keçirilməsi üçün sərbəstlik yarandı:
“Elə o vaxtdan bəri bağçalarda korrupsiya var. Bunun da səbəbi odur ki, bağçalar Azərbaycan əhalisinin sayına uyğun deyil. Son statistik məlumata görə, ölkəmizdə cəmi 20 faiz bağça fəaliyyət göstərir. Məsələn, bir bağça 10 uşaq tutur və həmin bağçaya 25 uşaq gəlirsə, müdirə deyir ki, “pul verməsən uşağı götürmürəm”.
Səbəbini soruşanda isə deyir ki, “yer yoxdur”. Ona görə də bağçalar korrupsiya fəaliyyəti ilə məşğuldur. Nə qədər ki, bağçalar icra hakimiyətinin tabeliyindədir, o zamanda qədər də bu korrupsiya davam edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-08-2019, 12:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-08-2019, 12:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11