Yağışın nə vaxt yağacağını bilmək qeybə dair məlumatdır?
“Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır” (Loğman, 31/34). Bu ayəyə istinadən yağışın nə vaxt, nə qədər və haraya yağacağı ilə bağlı bilgilərin qeybi məlumatlar olduğunu deyənlər var. Yağışın yağması ilə bağlı qeybə aid olan və qeybə aid olmadan insanların da bilə biləcəyi məqamlar nələrdir? Yağışın yağması ilə bağlı bütün bilgilərin mütləq mənada qeybi məlumatlar olduğunu deyə bilərikmi? Görəsən bu ayədəki: “Yağışı O yağdırır” (Loğman, 31/34) ifadəsini necə anlamılıyq?
Klassik təfsir əsərlərində bu ayəyə əsaslanaraq, “muğayyəbəti xəmsə” (beş naməlum) olaraq da adlandırılan qiyamətin nə vaxt qopacağı, yağışın nə vaxt yağacağı, ana bətnində olan körpənin cinsi və dəri rənginin nə olacağı, insanın gələcəkdə nələr əldə edəcəyi və gələcəkdə hansı vəziyyətlərlə qarşılaşacağı, həmçinin nə vaxt və harada öləcəyi baradə bilgiləri sadəcə Allahın (c.c) bilə biləcəyi qeyd edilmişdir.
Sözügedən bu ayədə qiyamətin nə vaxt qopacağına dair bilginin yalnız Allaha məxsus olduğu, insanın gələcəkdə nələr əldə edəcəyi və gələcəkdə hansı vəziyyətlərlə qarşılaşacağı, həmçinin nə vaxt və harada öləcəyi baradə bilgiləri sadəcə Allahın (c.c) bilə biləcəyi qeyd olunsa da, yağış yağma vaxtı və ana bətnindəki körpə haqqında “Bunları sadəcə Allah bilər” mənasında bir qeyd yoxdur. Bu ifadə o demək deyil ki, Allahdan (c.c) başqa heç kəs bu iki məsələni, yəni yağışın yağma vaxtı ilə ana bətnindəki körpənin halını bilə bilməz. Ayədə digər üç məsələnin, (yəni qiyamətin vaxtını, sabah insanın başına nə gələcəyi və əcəl vaxtını) yalnız Allahın (c.c) biləcəyi açıq şəkildə vurğulanmışdır. Ancaq ayədə yağışın vaxtı və doğulacaq körpənin cinsi və digər xüsusiyyətləri ilə bağlı belə bir məhdudiyyət qoyulmamışdır. Bu onu göstərir ki, klassik müfəssirlərin iddialarının əksinə insanların qeyd olunan iki məsələ haqqında əvvəlcədən məlumatı ola bilər. Əslində bizim çağımızda elm bu yerə gəlib çatmışdır.
Lakin heç bir şübhə yoxdur ki, bu, qeyd olunan mövzularda insanların əvvəlcədən bildiklərinin mütləq mənada doğru olacağı mənasına gəlmir. Çünki baş vermiş və baş verəcək bütün təbii hadisələri mükəmməl halı ilə bilən Cənab Allah (c.c) insanların bilgi və təxminlərinin fövqündə başqa vəziyyət yarada bilər və beləliklə də insanların gözlədiyi hadisələr baş verməz.
Allahın (c.c) yağışı yağdırmasından bəhs edilən yuxarıdakı ayəyə əsasən yağışı meydana gətirən səbəblər və qanunlar diqqətə çatdırılır. Şübhəsiz ki, bu danılmaz faktdır. Çünki sistemi, bütün kainat çarğını quran, səbəbləri və qanunları yaradan biz, yəni insanlar deyil, Cənab Allahdır (c.c). O halda “Yağışı O yağdırır” ifadəsindən yağış yağma hadisəsini sadəcə Cənab Allahın (c.c) meydana gətirə biləcəyini anlamaq olar. Başqa sözlə desək, yağışın nə vaxt və harada yağacağını ancaq O bilir. Bu, ilk baxışdan qəribə görünə bilər və barometrlər və peyklər vasitəsilə bugünkü hava proqnozu hesablamalarına zidd görünə bilər. Halbuki həqiqət onların düşündükləri kimi deyil. Yağış yağacağına dair bəzi əlamətlər aşkarlanana kimi nə barometr, nə də başqa texniki vasitələrlə vəziyyəti müəyyən etmək mümkün deyil. Halbuki Cənab Allah (c.c) yağış hadisəsi baş verməmişdən əvvəl bəzi əlamət və səbəbləri müəyyən qanunlara uyğun olaraq xəlq edib yaradar və istiqamətləndirər. Hələ ilk əlamətlər ortaya çıxmadan əvvəlki bütün bu səbəblərin var edilmə mərhələsi olmadan bir insanın yağışın nə zaman, nə qədər və haraya yağacağı ilə bağlı təxminlər irəli sürməsi mümkün deyil. Bu mənada yağışın nə vaxt yağacağını, hara yağacağını əlamətlər hələ ortada olmadan yalnız Cənab Allah (c.c) bilə bilər.
Əslində, bütün şərtləri ortaya çıxan, əlamətləri görünməyə başlayan yağış haqqında verilən proqnozun qeybi bilməklə heç bir əlaqəsi yoxdur. Məsələni çox sadə bir misalla izah etməyə çalışaq. Gəlin otağı karbon qazı ilə dolduraq. Sonra otaqdakı karbon qazının dərəcəsini müvafiq alətlərlə ölçələrək deyək ki: “İki saat sonra otaqda olanlar ağırlıq və baş ağrısı hiss edəcəklər”. Biz bu məsələyə qeybi bilmək deyə bilərikmi? Əlbəttə xeyr. Bu qeybi bilmək deyil. Qeybi bilgilər Cənab Allahdan (c.c) başqa heç kəsin, heç bir varlığın bilmədiyi məsələlərdir. Misal üçün gələn il və ya yaxın beş ildə hara və nə qədər yağış yağacağını bütün təfərrüatları ilə bilmək qeybi bilmək olardı, amma sabah hara yağış yağacağını təxmin etmək qeybi bilmək deyil. Həmçinin revmatizmi olan şəxslər də əvvəlcədən yağışın yağacağını hiss edir və anlayırlar ki, bu da onların qeybi bildikləri mənasına gəlmir.
Yola çıxmış yağış yüklü buludların atmosfer şərtlərinə görə və müəyyən hesablamalarla proqnozunu verərək təxmini olaraq yaxın vaxtlarda yağış yağacağını deməklə insanoğlunun qeybi məlumatları əldə etdiyini iddia etməsi cahillikdən başqa bir şey deyil.
Allah istədiyi qədər və hikmətinə uyğun olaraq yağış yağdırır. İnsanlar sadəcə əldə etdikləri müəyyən təcrübə və alətlərlə yağış yağacağını təxmin edə bilərlər. Bununla yanaşı insanlar yağışın yağması üçün lazım olan səbəbləri yarada bilməzlər. Yuxarıda bəhs etdiyimiz ayədə yağışı yağdıranın Allah olduğunu vurğulanır. Çünki yağışı yaradan və tənzimləyən qlobal səviyyədəki səbəblərin yaradıcısı Cənab Allahdır (c.c). Buna görə də Allahın (c.c) yağışla bağlı mütləq gücü yağış yağması üçün bütün səbəbləri yaratması ilə əlaqədardır. Yağış yağma vaxtının bilinməsi isə müəyyən əlamətlərlə insanların biləcəyi məsələdir ki, bu qeybin pərdəsini aralamaq mənasınını daşımır.
Qeyd: Mövzu ilə bağlı digər yazıları buradan oxuya bilərsiniz:
1. Peyğəmbərlər qeybi bilə bilərmi?
2. Mələklər qeybi bilə bilər?
3. Cinlər qeybdən xəbər ala bilir?
Nazim Mustafayev
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2023, 10:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |