Qanunsuzluqla üzləşmiş orduda ağır xəstəliyə düçar olmuş keçmiş döyüşçü ali baş komandan İlham Əliyevdən kömək istəyir -ŞİKAYƏT
Şəki rayonun, Baş Göynük kəndində yaşayan, ordu sıralarından xəstəliyə görə tərxis edilmiş Cəfərov Sarvan Sabir oğlu tərəfindən
“Mənə, keçmiş xəstə hərbçiyə qarşı yerli məmur və həkimlərin törətdikləri süründürməçilikdən, bürokrat və vicdansız hərəkətlərindən”
Ş i k a y ə t ə r i z ə s i
Əvvəlcə xatırlatmaq istəyirəm ki, Müdafiə Nazirliyinin tərkibində 1992-1996-cı illərdə “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşam, 25 iyul 1996-cı ildən i hissədə xidmət etmişəm.
Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərin ən qızğın vaxtlarında(1993-1994) mən bir sürücü kimi hərdən cəbhə bölgəsinə silah-sursat daşımaqla məşğul olmuşam. Elə vaxtlar olurdu ki, idarə etdiyim yük avtomobili cəbhə zonasında olduğu vaxt düşmən artilleriyasının atəşinə məruz qalırdı. Əsasən Fizuli, Beyləqan və Ağdam istiqamətində yüklər daşımışam.
Hərbi xidmət dövründə səhətimdə yaranan ağrılarla bağlı hərbi hissənin növbətçi tibb məntəqəsində tez tez müalicə olunmağa başladım. Lakin faydası olmadığına və ağ ciyərlərimdə xəstəlik şiddətləndiyi üçün məni 29 mart 1996-cı ildən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Ploiklinikasına yerləşdirdilər. 3 aylıq müalicədən sonra, 25 iyul 1996-cı il tarixindən hərbi hissə komandirinin 171 N-li əmri əsasında “Hərbi Xidmət Haqqında” AR qanunun 18-ci maddəsinin “B” bəndinə uyğun olaraq ( xəstəliyə görə) ordu sıralarından tərxis edilmişəm. Yəni, Müdafiə Nazirliyinin Mərkəzi Polikilinasının verdiyi rəy əsasında Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.
Ordudan tərxis edildikdən sonra Şəki Ağ Ciyərlər xəstəxanasında və vərəm dispanserində indiyədək qeydiyyata götürülmüş və müalicə almışam. Əsas həkimim Sevinc xanım olmuşdur. Sağalamlıq vəziyyətimə görə fiziki işlər görə bilmədiyimə görə Şəki Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət etdim ki, mənim uzun müddət keçirdiyim xəstəliklə əlaqədar əlilliyə çıxmağım və göndəriş almağımla bağlı xahiş etdim. Lakin həkim qeyd etdi ki, sənin xəstəlik kağızların köhnəlib, gərək təzədən 6 ay yatıb müalicə alasan ki, belə bir göndəriş verək. Elə Sevinc xanım da baş həkimin dediklərini təsdiqlədi. Axı mən necə təzədən kənddən gəlib Şəki şəhərində 6 ay müalicə alım?. Üç yetkinlik yaşına çatmayan uşaq atasıyam. Yoldaşım işləmir və xəstədir. Ünvanlı Sosial yardım üçün müraciət etmişik. Nazirliyin DSMF –nin direktorunun imzaladığı 24 yanvar 2019-cu il tarixli cavab məktubunda ( ailə üzvlərinizin əmək qabiliyyətli olmaması, işsiz kimi qeydə alınması və s. şərtlər.) Axı üç azyaşlı uşaq işləyə biməz. Mən də sağlamlığımı ordu sıralarında itirib tərxis olunsam da bu günədək əlillik dərəcəsi kasıb olduğuma görə ala bilməmişəm. İndi necə olsun.? Bu mənim günahımdırmi ki, Azərbaycanın ərazi bütovlüyü uğrunda hərbi xidmət keçdiyim zaman sağlamlığımı itirmişəm. Bu günə qədər də deyirlər ki, sən arxa cəbhədə olduğuna görə əlillik dərəcəsi verilmir. Gərək düşmən gülləsindən ağır yaralanmağım lazım idi ki, bu formada hərbidən tərxis oluacağım halda mənə əlillik dərəcəsi veriləcəkmiş.Çox axmaq məntiqdir. İndi də 2017-də 2018-ci illərdə Şəki VİTEK-ə etdiyim müraciətlər nəticəsiz qalmışdır. Bu vicdansız həkimlər mənə yüz cür bəhanələr uydurub deyirlər. Kağızların köhnəlib, 6 ay xəstəxanada yatmalısan, və s. boşboğazıq. Axı mən də bu Azərbaycanda yaşayıram. Və yaxşı bilirəm və yaxşı tanıyıram ki, istər Şəkidə, istərsə də Zaqatalada əlillik dərəcəsi alanların sayı digər rayonlarınkından dəfələrlə çoxdur. Bəli, kurort zonası olan bu regionda saxta əlillik dərəcəsi alanlar həddən artıq çoxdur.Amma əksinə olmalı idi. Və çoxu da rüşvətini verib əlillik dərəcəsinə alanda xəstəlik tarixçəsində hansısa xəstəliyinin olması və ya hansısa xəstəxanada yatması barədə bir kəlmə epiqriz yazılmayıb. Özləri də öküz kimi sağlamdırlar. Doğrudur, məsələn bizim rayonda da son 1 ildə belə saxta əlilliyi olanları tapıb bir neçəsini gözə kül üfürmək üçün “cəzalandırdılar” Amma bu heç 2 faiz saxtakarlığın aşkarlanması da deyil. Əgər ƏƏSSM saxta əlilliklə bağlı faktları aşkarlamışdısa niyə o zaman bir dənə də olsun vicdansız həkim komissiyasının üzvləri xalaxətrin olmasa da cəzalanmadı?. Ona görə ki, məntiqlə Nazirliyin komissiyası maddi marqaların təmin olunması müqabilində üzə çıxardıqları sənəd saxtakarlığı, dövlət büdcəsinin mənimsənilməsi faktları hüquqi qiymət verilməsi üçün prokrurorluğa göndərilmədi. Deməli, “Ayının min oyunu varmış bir armudun başında” zərb məsəli yerinə düşür. Nazirliyin bu işə rəhbərlik edən daxili audit şöbəsi saxta əlillik məsləsilə bağlı sonda aşkara çıxardığı və rəsmiləşdidiyi rəqəmlərdən aydın olur ki, respublika üzrə saxta əlillik dərəcəsi almış 30-40 nəfər varmış və bunalara da ödənilən cəmi 3 milyon manat pulun yenidən büdcəyə qaytarılması təmin olunmuşdur. Bərəkallah!
ƏƏSMN- yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətin rəis müavini xanım Gülnarə Hacıyeva isə imzalandığı 26 aprel 2019-cu il tarixli cavab məktubunda bildirir ki, “vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göstərişi ( forma 088) əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qimətləndirilməklə müəyyən edilir.Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün hər hansı bir dəyişiklikliyin aparılması texniki və hüquqi cəhətdən mümkün deyildir.” Beləliklə siz Hərbi-Həkim Komissiyasının xəstələnmənin səsbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı və göndəriş rəsmiləşdirildiyi halda, əlillik vəziyyətiniz sizin iştirakınız olmadan qiymətləndirilib, müvafiq qərar veriləcəkdir.”
Elə mən də bunu istəyirəm. Nəyə görə illərdir ki, rayon həkim komissiyasına ayaq döyürdüm.? Hərbi Həkim Komissiyasının rəyi də xəstəliklə bağlı dispanserdə qeydiyyatda və vaxtaşırı müalicə almağım da ortalıqdadır. O zaman qoy forma 088 –i yazıb göndərsinlər. Bəs biz nə istəyirik? Belə süründürməçilik və vicdansızlıq olmaz axı, bunları əvvəl-axır bir məsuliyyətə cəlb edən olacaqmı? Axı onlar da yaxşı bilir ki, ağır xəstəliyimə görə ordudan tərxis edilmişəm, sağlamlığımı nisbətən qorumaq və ayaq üstə durmaq üçün borca xərcə düşüb müalicə alıram. Həkimlər də yaxşı bilirlər ki, sağlamlığım əldən gedib. Amma...
Mən, Azərbaycanın ağır vaxtlarında, 1992-1996-cı illərdə sağlamlığımı ordu sıralarında birdəfəlik itirməmişəm ki, vicdansız məmurlar, həkimlər məni əsassız olaraq qapılarda süründürsünlər. Onlar da çox yaxşı bilirlər ki, xəstəliyim heç vaxt sağalan deyil. Ölməmək üçün dərmanlar qəbul edirəm. O zaman Səhiyyə naziri cənab Oktay Şirəliyevdən və ƏƏSMN naziri cənab Sahil Babayevdən xahiş edirəm ki, mənim məsələmə yerli həkimləri və məmurları vicdanla yanaşsınlar, qanundaxilində məsələmi (istər əlilliklə, istərsə də ünanlı dövlət sosial yardımla bağlı) həll etsinlər. Yox edə bilmirlərsə, açıq desinlər ki, sənə 2-ci və ya 3-cü qrup əlillik dərəcəsi və 088 saylı forma verə bilmərik. Hər şeyin haqqı var. Get ödə, sonra gəl yanımıza. Mən də başımı götütürb ölkədən rədd olum gedim birdəfəlik.
Ali Baş Komandan cənab İlham Əliyev! Sizin biz hərbicilərə, xüsusəndə sağlamlığını itirmiş hərbiçilərə qarşı həsas yanaşmağınızın dəfələrlə şahidi olmuşuq. Odur ki, Sizdən çox xahiş edirəm ki, mənim sağlamlığımın hərbi xidmət zamanı itirildiyini və hazırda da əziyyət çəkdiyimi nəzərə alaraq lazımi köməklik göstərilməsi üçün Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinə lazımi göstəriş verəsiniz.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-08-2019, 17:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-08-2019, 17:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11