Pulları Eldar Mahmudovun əmisi oğluna veriblər
Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Sahib Qurbanov ifadə verib. O, MTN-in Xəzər rayon şöbəsində tanışı Amil Yusifova məxsus siqaretlərin müsadirə edildiyini bildirib: “Onun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı danışıq aparmaq üçün həmin şöbəyə getmişəm. Orada MTN-nin Heydər İslamov adlı əməkdaşı ilə görüşəndə o, mənim də cinayət məsuliyyətinə cəlb olunacağımı bildirdi, 40 min manat istədi. Ertəsi gün ona 40 min dollar verdim”.
Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin fevralında Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri nəticəsində tanışları Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret saxlanılaraq MTN-in Binəqədi rayon şöbəsinə aparılıb: “Şöbənin əməkdaşı Heydər İslamov zəng edərək, məndə olan 60 qutu siqareti də qısa müddətdə şöbəyə təhvil verməyimi tələb etdi, əks təqdirdə həbs olunmaqla hədələdi. 55 qutu siqareti şöbəyə apardım”.
O qeyd edib ki, şöbənin həyətində Heydər İslamov və Rafiq Səfərovla görüşüb: “Onlar həm siqareti müsadirə edirdilər, həm də pul istəyirdilər. Heydər İslamova əlavə pul verə bilməyəcəyimizi dedik. Zaur Əzimovun cinayət məsuliyyətinə cəlb olunmamasını Rafiq Səfərovla 150 min manata razılaşdırdıq. Ancaq sonradan onlara hissə-hissə 120 min manat verdik”.
Sahib Qurbanov deyib ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra prokurorluğa şikayət edib: “Həmin vaxtı Heydər İslamovla görüşüb pulumu istədim. Söhbət zamanı mənə 5 min manat verdi, qalanını da bir müddət sonra verəcəyini vəd etdi. Lakin pulu ala bilmirdim. Rafiq Eyvazova zəng etdim, o da pulu qaytaracaqlarını dedi. Bir müddət sonra notarial qaydada qohumları vasitəsi ilə 25 min manat verdilər. Lakin mənə dəyən zərərin son qəpiyinə qədər ödənilməsini istədim. Onlar məndən aldıqları pulu və siqareti Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova verdiklərini bildirdilər. Pulları və siqaretləri ondan tələb etməyi məsləhət gördülər”.
Zərərçəkən ona dəyən ziyandan 30 min manat geri ala bildiyini qeyd edib: “Heydər və Rafiq dedilər ki, vəziyyətləri yaxşı deyil. Vüqar bunlara pul vermirdi. Hətta Binəqədidəki binada baş verən yanğına görə təqsirli bilinən bəzi şəxslərdən 200 min manat aldıqlarını, qaytara bilmədiklərini dedilər. Qalan 55 min manat pulumun ödənilməsini tələb edirəm”.
Məhkəmədə digər zərərçəkən Zaur Əzimov da dindirilib.
Zaur Əzimov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.
Zərərçəkən qismində ifadə verən Zaur Əzimov bildirib ki, 2014-cü ildə tanışı Amillə birlikdə siqaret alqı-satqısı ilə məşğul olub: “Amil malları gətirib mənim anbarıma qoymuşdu. Mən də satışını həll edirdim. Bir gün sürücü zəng elədi ki, MTN əməkdaşları “Elit”in yanında onu tutub. Bir neçə gün gizləndim. Sonra MTN-in Binəqədi rayon şöbəsinə getdim. Məndən 150 min manat istədilər, 80 min manat verdim, buraxdılar, daha sonra hissə-hissə 40 min manat da ödədim. O pulları tanışımdan və bacım qızından almışdım. Eldar Mahmudov işdən çıxarılandan sonra pulumu istədim, vermədilər. Borc aldığım şəxslər məndən şikayət elədilər. Pulları qaytara bilmədim, adım oldu dələduz, həbsə düşdüm. İndi məndən alınan 100 min dollarlıq siqareti və 120 min manatı tələb edirəm. Həmin pulları mənə qaytarsınlar ki, zərərçəkənlərin pulunu verim. Mən həbsə MTN əməkdaşları Rafiq Eyvazov və Heydər İslamova görə düşmüşəm. Onlar azadlıqda gəzirlər, mən onların əməllərinə görə həbsdəyəm”.
Proses sentyabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov 2017-ci ilin noyabrında həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E. Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V. Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V. Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-08-2019, 21:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-08-2019, 21:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11