Türkmənbaşı 10 gün sonra göründü - İstirahətindən video
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin dövlət televiziyasında görünüb.
Türkmənistan televiziyasının “Vətən” proqramı Berdiməhəmmədovun bu günlərdə aktiv istirahətlə məşğul olduğunu qeyd edib.
Axşam yayımında Türkmənistan liderinin velosiped sürdüyü, at mindiyi və avtomatik silah atışlarında iştirak etdiyi barədə reportaj nümayiş olunub.
Bu, onun on gündən çox müddətdə televiziyada ilk çıxışı olub. Dövlət başçısı sonuncu dəfə iyulun 24-də ölümü ilə bağlı şayiələr yayıldıqdan sonra göstərilib.
Rəsmi KİV-lər xəbər verir ki, bundan əvvəlki illərdə Türkmənistan Prezidenti bütün ay - 15 iyul - 15 avqust arasında əmək məzuniyyətinə çıxıb.
Qeyd edilir ki, əvvəlki illərdə Berdiməhəmmədov belə uzun istirahətə getmirmiş. Buna görə də Prezidentin ictimai həyatdan və mediadan uzun müddət kənar qalması ölkə əhalisi arasında müxtəlif söz-söhbətlərə səbəb olmuşdu.
Xatırladaq ki, iyulun 24-də Rusiyanın “Qovorit Moskva” radiosu Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yaymışdı.Türkmənistanın Rusiyadakı səfirliyi isə xəbəri təkzib etmişdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-08-2019, 12:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-08-2019, 12:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11