Üç kəndə basqın edildi - 63 nəfər qaçırıldı
Nigeriyada naməlum silahlı qruplaşma üzvləri 63 dinc sakini oğurlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nigeriyanın Nigerlə həmsərhəd olan eyniadlı əyalətində baş verib.
Məlumata görə, silahlı şəxslər Niger əyalətinin üç kəndinə basqın ediblər. Ümumilikdə 63 dinc sakin naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Basqın zamanı Durmin yaşayış məntəqəsindən 41, Carmiyadan 14 və Pandoqaridən 8 mülki şəxs aparılıb.
Şahidlər hücuma məruz qalan kəndlərin ordu qərargahından təxminən 10 kilometr aralıda olduğunu bildiriblər.
Qeyd edək ki, son illərdə təhlükəsizlik problemləri səbəbindən Nigeriyada tez-tez mülki şəxslərə qarşı hücumlar həyata keçirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-01-2023, 13:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-01-2023, 13:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26