Ballar aşağı düşür: Nazirlik, yoxsa DİM günahkardır? - ARAŞDIRMA
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən verilən məlumata görə, iclasda bu ilin birinci yarım ilinin yekunları, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahanların nəticələri, dövlət qulluğuna qəbul və digər cari məsələlər müzakirə edilib. Bu ilin birinci yarım ilinin yekunları ilə bağlı sədr Məleykə Abbaszadə diqqətə çatdırıb ki, bu dövr ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi təhsilin ümumi və tam orta təhsil səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssiələrinə qəbul, rezidenturaya qəbul, orta hərbi təhsil müəssisələrin qəbul, dövlət qulluğuna və dövlət orqanlarına işə qəbul, eləcə də digər imtahanlarda 500 mindən artıq şəxs iştirak edib:
"Bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən fasiləsiz olaraq kompleks tədbirlər həyata keçirilib". Məleykə Abbaszadə bildirib ki, bu il ötən illə müqayisədə yüksək bal toplayan abituriyentlər azlıq təşkil edir: Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına baxsaq I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə azalma sayını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur".
Maraqlıdır, görəsən, abituriyentlərin ötən illə müqayisədə az bal toplamalarının səbəbi nədir?
Səbəbi bu il DİM-nin tərtib etdiyi sualların çətinliyi ilə əlaqələndirmək olarmı?
Məsələ il bağlı “Cümhuriyət”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov ilk növbədə 2019-cu ildə qəbul imtahanlarının yeni struktur əsasında keçirilməsindən bəhs edib: “İlk növbədə qeyd edim ki, 2019-cu ildə həm ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, həm də IX və XI sinifin buraxılış imtahanları yeni formatda keçirilib. Xatırladım ki, 2008-ci ildən başlayaraq, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Buna görə qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi. Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fənndən qəbul imtahanı verəcək şagirdlər 2017-ci ildə 2 fənndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər”.
Ekspert bu il IX siniflərin üçün imtahanda maksimum balın olmayacağı təqdirdə ciddi narahatlığın olacağını bildirib: “Bununla yanaşı, 2019-cu ildə keçirilən IX siniflər üçün imtahanlarda maksimum balın olmayacağı ciddi narahatlıq doğurur. Belə ki, bu imtahanlardan bu ildən etibarən tətbiq edilən dinləmə tipli sualların və açıq, situasiya tipli test tapşırıqların cavablandırılması və qiymətləndirilməsi zamanı müəyyən balların kəsilməsi olacaq. İki ildir IX siniflər üzrə keçirilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şagirdin biliyi düzgün qiymətləndirilməmişdi. Bu hal hər il təkrarlanır. Çünki buna qədər nəticələr proqram təminatı tətbiq edilməklə yoxlanılırdısa, bundan sonra azı hər fəndən 3, ümumilikdə qəbul imtahanında 9, amma buraxılış imtahanında azı 15 test tapşırığı insan faktoru tətbiq edilməklə - marker vasitəsi ilə yoxlanılır”.
Kamran Əsədov ən ciddi problemin xarici dil fənnindən olacağını bildirib. Bununla yanaşı, qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac olduğunu diqqətə çatdırıb: “Təbii ki, insan faktorunun tətbiq olunacağı yoxlama prosesində müəyyən nöqsanlar, səhvlər olacaq. Danılmaz faktdır ki, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranıb. Bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır. Bu həm şagird biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideynlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək. 2019-cu ildə keçiriləcək IX və XI siniflər üzrə ən ciddi problem qeyd etdiyim kimi, xarici dil fənnindən olacaq. Çünki indiyə qədər orta məktəblərdə dinləmə mətni tətbiq edilməyib. Amma DİM dinləmə mətninə dair (publisistik və ya dialoq) imtahan iştirakçılarına 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) təqdim edəcək. Bu ciddi problem yaradacaq. Orta məktəblərdə bu qurğu yoxdur, şagirdlərdə bu bilik və bacarıqlar yoxdur və öyrədilməyib. Amma indi bundan bacarıqlar yoxlanılacaq”.
K.Əsədov imtahandakı uğursuzluğun səbəbi kimi dinləmə tipli suallarla yanaşı açıq tipli sualların olmasını göstərib: “Artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə neçə ildir ki, açıq testlər də verilir. 7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur. Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o doğru bildiyi cavabı seçir. Açıq tipli test tapşırığında isə iştirakçı cavabı özü yazır. Bunun kifayət qədər müsbət tərəfi var. Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır. Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır. Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablamayacaq”.
Ekspert abituriyentlərin bal azlığının DİM-in saldığı sualların çətinliyi ilə əlaqəsinin olmadığını, bütün sualların orta məktəb proqramına uyğun salındığını qeyd edib. Kamran Əsədov sadəcə, sual formatının yeni olması nəticəsində abituriyentlərin az bal topladığını bildirib: “Bu il, 2019-cu ildə keçirilən buraxılış və qəbul imtahanlarında istifadə olunan test tapşırıqları məzmun baxımından ciddi şəkildə fərqlənməsə də, forma və üslüb baxımından yeni oldu ki, bu da maksimum bal toplayan abituriyentin olmaması ilə nəticələndi. Ümumilikdə buraxılış və qəbul imtahanlarında istifadə olunan test tapşırıları orta məktəb proqramı çərçivəsində idi və test tapşırqlarının modelləri öncədən elan olunmuş formata tamamilə uyğun idi”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2019, 10:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2019, 10:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11