reklam
Regionxeberlericom.az » Cəmiyyət » Terrorçunun ailəsi danışdı - “Gizlənmək istəyirik”

reklam

Terrorçunun ailəsi danışdı - “Gizlənmək istəyirik”


Yeni Zelandiyada iki məsciddə 50 müsəlmanı öldürüb, 50-ni yaralayan 28 yaşlı terrorçu Brenton Tarrantın ailəsi baş vermiş hadisə ilə bağlı danışıb.
Tarrantın 81 yaşlı nənəsi Mariya Fiscerald xəbəri eşidəndə şoka düşdüyünü deyib:
“Ailəmizdən kiminsə belə bir şey etməsini qəbul etmək çox çətindir. Ölənlərin ailələrinə və yaralananlara görə çox heyfsilənirik. Sadəcə evə gedib gizlənmək istəyirik”. 
Terrorçunun digər nənəsi, 94 yaşlı Coys Tarrant isə nəvəsinin ildə iki dəfə ailə böyüklərini ziyarət edən yaxşı uşaq olduğunu, bu qətliamı qəbul edə bilmədiklərini deyib.
Tarrantın müəllim anası Şaron xəbəri elə dərsdə ikən öyrənib. Hazırda Şaron və qızı Lauren polis tərəfindən qorunur.
 

 


Paylaş:


Müəllif : Tarix:
17-03-2019, 22:46
Sikayət   


loading...
Загрузка...