Gənc sahibkarlar investisiya ilə mükafatlandırıldı
2018-ci ildə start götürən və 2030 gənci əhatə etmiş “New Generation” layihəsinin bağlanış mərasimi keçirilib. “Coca-Cola” Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən “New Generation” layihəsinin bağlanış mərasimi və final mərhləsi olan “pitch day” Innovasiyalar Agentliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib. “Pitch Day” həmçinin müxtəlif sahələrdən olan şəxslərin və sahibkarların şəbəkələşməsi üçün də böyük imkanlar yaradıb.
“New Generation” layihəsi çərçivəsində 4 iqtisadi regiondan (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) layihənin 4 mərhələsini yekunlaşdırmış 17 sahibkar investorlar qarşısında həyəcanla dolu çıxışlar edərək öz bizneslərini təqdim edib. Daha sonra münsiflər heyətinin gərgin müzakirələrinin ardından qaliblər seçilib.
Mükafatlandırılan sahibkarlar tələbələr üçün platforma olan “Buqelemun” layihəsi ilə Aslan Məmmədli, 10.000 manat, istifadəçilərin öz xidmətlərini rəqəmsallaşdıracağı veb-sayt hazırlanması üzrə fəaliyyət göstərən “Owbike” layihəsi ilə Həsənağa Azad, 5000 manat; vakansiyaların ümumi toplanması və mübadiləsi üçün fəaliyyət göstərən “Vakantyer” layihəsi ilə Cavid Əhmədov, 3000 manat; xüsusi diqqətə ehtiyacı olan uşaqlara xidmət göstərən, inkluziv uşaq bağçası “Uğur Birlik” layihəsi ilə Elnarə Qaraxanova, 2000 manat investisiya qazanıb. Qalib olan layihələrdən “Buqelemun” və “Vakantyer” Quba-Xaçmaz iqtisadi regionundan, “Uğur Birlik” Gəncə-Qazax iqtisadi regionundan, “Owbike” isə Abşeron iqtisadi-regionunu təmsil edərək layidə iştirak edib.
Tədbirdə Gənclər və İdman Nazirnin müavini İntiqam Babayev, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev, “Avropa İttifaqının Gənc Sahibkarlar Assosasiyası”nın birinci vitse-prezidenti və Qlobal Komitəsinin rəhbəri Patrick Kovacs, Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icracı direktoru Azər Bayramov, İsrail Səfirliyinin Birinci katibi və Missiya Rəhbərinin müavini Avital Rosenberg, Prezident Administrasiyasının rəsmiləri, ABAD, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, digər dövlət və biznes qurumlarının, həmçinin KİV nümayəndələri, “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşları, gənc sahibkarlar və startapçılar iştirak edib.
Açılış nitqində çıxış edən “Youth Inc.” Sahibkarlıq Proqramının həmtəsisçisi Şahin Seyidzadə proqramın 2011-ci ildən bəri olan fəaliyyət yolu, uğurları və nəticələri haqqında məlumat verib. Şahin Seyidzadə öz çıxışında 2011-ci ildə ölkə başçısı Cənab Prezident İlham Əliyevlə görüşün nəticəsində atılan addımın artıq bu gün Azərbaycanda sahibkarlığın inkişafına böyük töhfələr verdiyini qeyd edib.
Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev öz çıxışında “New Generation” layihəsi timsalında gənclərin sahibkarlıq fəaliyyətinə olan dövlət dəstəyindən, 8 il ərzində “Youth Inc.” Sahibkarlıq Proqramının əhatə etdiyi gənclərdənvə sahibkarlığın inkişafı üçün atılan addımlardan bəhs edib.
Həmçinin çıxış edən “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib ki, “Coca-Cola” şirkəti hər zaman gənclərin sahibkarlıq təşəbbüslərini qiymətləndirir
və fərqli yollarla dəstəkləyir. Uğurla yekunlaşmış “New Generation” layihəsində olan fəaliyyətlərdən yararlanmış və investisiya qazanacaq biznes layihələr də bunların bir qismidir.
Tədbirin davamında çıxış edən “Avropa İttifaqının Gənc Sahibkarlar Assosasiyası”nın birinci vitse-prezidenti və Qlobal Komitəsinin rəhbəri Patrick Kovacs “Youth Inc.” tərəfindən icra edilmiş bu tipli layihələrin Azərbaycanda gənc sahibkarların və sahibkarlıq ekosisteminin inkişafına necə böyük dəstək verməsindən, həmçinin artıq 7 ildir davam edən qarşılıqlı tərəfdaşlıqdan söhbət aparıb.
Ətraflı məlumat üçün: ng.youthinc.az
Sahib A. Gülməmmədov İctimaiyyətlə Əlaqələr üzrə Menecer
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-08-2019, 14:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-08-2019, 14:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |