reklam
Regionxeberlericom.az » Cəmiyyət » Satirik şair Tofiq Həsənov da əfv sərəncamına düşdü

reklam

Satirik şair Tofiq Həsənov da əfv sərəncamına düşdü


Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında həbsdə olan satirik şair Tofiq Həsənovun da adı var.

Tofiq Həsənov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

T.Həsənov vəzifəli şəxsləri tənqidi şerləri ilə məşhurdur. O 2000-ci illərdə lisenziyası ləğv edilmiş ANS televiziyasının “Qulp” verilişində, “Millətin Səsi” və “Xural” qəzetlərində çıxış etdiyi tənqidi şerləri ilə məşhurlaşıb. Şair 2005-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb.

T.Həsənov azadlığa çıxdıqdan sonra tənqidi şerlərini davam etdirib. O sosial şəbəkələrdə şerlərini dərc etdirib və öz səsi ilə Youtube şəbəkəsində yayıb.

2015-ci il oktyabrın 12-də T.Həsənov yenidən saxlanılıb.



Paylaş:


Müəllif : Tarix:
16-03-2019, 20:40
Sikayət   


loading...
Загрузка...