Sabahkı isti hava meteohəssas insanlar üçün əlverişsizdir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 avqustda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 1-də hava yağmursuz keçəcək, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Avqustun 1-2-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-07-2019, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-07-2019, 13:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti