Azərbaycanda otellərlə bağlı son durum açıqlandı
2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1327,5 min gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gecələmələrin 63,3 faizi Bakıda, 8,7 faizi Qəbələdə, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,8 faizi Qusarda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Xaçmazda, 1,3 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 8,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz artaraq 954,2 min olub ki, bu da ümumi gecələmələrin 71,9 faizini təşkil edir. Gecələmələrin 12,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,2 faizi Rusiya Federasiyası, 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,9 faizi Hindistan, 5,6 faizi İsrail, 5,4 faizi Türkiyə, 5,0 faizi İran, 3,8 faizi Böyük Britaniya, 3,3 faizi Küveyt, 2,1 faizi ABŞ, 2,0 faizi Pakistan, 1,9 faizi Qətər, hər biri üzrə 1,5 faiz olmaqla Qazaxıstan və İraq, 1,3 faizi Çin, 1,2 faizi Almaniya, 25,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6 faizi Bakı şəhərində, 7,9 faizi Qəbələdə, hər birində 3,4 faiz olmaqla Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərində, 3,0 faizi Qubada, 2,1 faizi Qusarda, 2,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5 faiz artaraq 373,3 minə çatıb.
Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 milyon manat olmuşdur ki, onun da 66,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2019-cu ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,6 faiz (2018-ci ilin birinci yarısında 20,8 faiz) təşkil edib. Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (31,7 faiz) iyun ayında qeydə alınıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-07-2019, 14:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-07-2019, 14:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01