Keşikçidağda SON DURUM: - “Gürcü təxribatçılarına elə bir dərs verildi ki...”
“Gürcü millətçiləri bu problemdən yararlanaraq Gürcüstanın aborigen azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə çağırışları da edir”.
regionxeberlericom.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Gürcüstanla sərhəddəki Keşikçidağ ərazisində baş vermiş məlum insidentdən sonra yaranmış vəziyyəti dəyərləndirən hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.
Rəşad Süleymanovun sözlərinə görə, 480 kilometr uzunluğu olan Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya olunmamış hissəsi 166 kilometrdir və həmin hüdudlarla bağlı anlaşmanın əldə olunması istiqamətində ikitərəfli danışıqlar davam etdirilir:
“Məndə olan məlumatlara görə, delimitasiya müzakirələrində dalana dirənən sahələr Keşikçidağ və buna bənzər tarixi ərazilər, eyni zamanda, dövlət sərhədində strateji əhəmiyyət daşıyan yüksəklik silsilələridir. Təbii ki, nə Azərbaycan, nə də Gürcüstan tərəfi strateji əhəmiyyət daşıdığı üçün o əraziləri güzəştə getmək istəmir. Gürcüstan tərəfindən sərhədin Keşikçidağ hissəsində problem yaradan şəxslərin milli kimliyi, hansı qüvvələrə bağlı olması barədə müxtəlif fikirlər səslənir.
Son həftələrdə apardığım araşdırmalara əsasən deyə bilərəm ki, bunlar dindən və millətçilik faktorundan istifadə etməklə, iki dövlət arasında münasibətlərə zərbə vurmaq istəyən başıpozuq kütlədir. Ola bilsin ki, hansısa xarici xüsusi xidmət orqanları tərəfindən də idarə olunurlar. Sosial şəbəkələrdə gürcülərə Keşikçidağla bağlı çağırışlar edən, onları Azərbaycan sərhədçilərinə hücum etməyə çağıranların profillərinə baxdığımızda, əksəriyyətinin trollar olduğunu sezmək də çətin deyil. Son günlərdə sosial şəbəkələrdə aktiv fəaliyyəti ilə seçilən Ermənistan ermənilərinin də bu kütləyə dəstək çağırışlarına rast gəlmək olur. Bu da Ermənistanın iki xalq arasında ədavəti körükləməkdə maraqlı olduğunu göstərir. Təəssüf doğurur ki, bəzi trollar və gürcü millətçiləri bu problemdən yararlanaraq, Gürcüstanın aborigen azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə çağırışları da edirlər. Hesab edirəm ki, hazırda digər önləyici tədbirlərlə yanaşı, soydaşlarımıza yönəlik etnik təmizləmə çağırışları edənlərə qarşı Gürcüstan hökumətindən sərt tədbirlər görülməsini də tələb etməliyik. Əks halda, sabah orada yaşanacaq hadisələrdə ən böyük zərəri Gürcüstanın özünün görəcəyi şübhəsizdir. Həm Azərbaycan, həm də Gürcüstan bu gün regionda separatizmdən əziyyət çəkən, ərazi bütövlüyü pozulan ölkələrdir. Bir də bu tip provokasiyaları dərindən araşdırsaq, işin altından Azərbaycanın multikulturalist dəyərlərindən sui-istifadə edən gürcü keşişlərinin də çıxdığını görərik. Bu məsələnin ciddi surətdə araşdırılmasına ehtiyac var”.
Azərbaycan ictimaiyyətinin DSX-nın Gürcüstandan olan təxribatçılara qarşı sərt tədbirlər görməsinə dair çağırışlara gəldikdə isə hərbi ekspert bunları deyib:
“Açığı ictimaiyyətin böyük əksəriyyəti 1988-1990-cı illərdə Qarabağda ermənilərlə yaşanan olayları və bunun sonrakı acı nəticələrini gördüyündən, birmənalı şəkildə sərhəd pozucularına qarşı Azərbaycanın qanunvericiliyinə uyğun şəkildə ən sərt tədbirlərin görülməsini tələb edir. Onu da deyim ki, mənim şəxsən DSX-yə gürcülərə lazımi dərs verəcəyi yönündə ümidlərim böyükdür. DSX bu gün postsovet məkanında özünün imkanlarına və döyüş qabiliyyətinə görə ən mükəmməl, hazırlıqlı hərbi qurumdur. İyulun 14-də yaşanan hadisədən dərhal sonra “gürcü kütləsinin” sözbilməzliyini nəzərə alan DSX əraziyə əlavə qüvvələr yerləşdirib. Yayılan foto və videolardan da göründüyü kimi, Keşikçidağda insidentin baş vermə ehtimalı olan ərazidə Sərhəd Qoşunlarımız tərəfindən konteyner tipli modul kazarmalar qurulub. Sərhədçilər ərazidə möhkəmləndirmə tədbirləri həyata keçirirlər. Əraziyə göndərilən sərhədçilər istənilən təxribat cəhdlərinin qarşısını ala biləcək şəkildə əməliyyat-texniki vasitələrlə təchiz ediliblər. İyulun 22-də keşişləri və onların özləri ilə çəkiliş üçün Keşikçidağa gətirdikləri “Rustavi 2” telekanalının əməkdaşının əraziyə helikopterlərlə endirilən sərhədçilərimiz tərəfindən qovulmalarını əks etdirən görüntüləri hər birimiz izlədik. Məndə olan məlumata görə, iyulun 15-dən sərhədi bağlayan Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən heç kimi Keşikçidağ məbəd kompleksinə buraxmırlar.
Hesab edirəm ki, DSX tərəfindən bu dəfə həyata keçiriləcək “vaksinasiya” Gürcüstan tərəfindən sərhədlərimizi pozmağa çalışanlara öz təsirini ömürlük göstərəcək və bir də Keşikçidağ, məbəd, monastır eşqinə düşməyəcəklər. Qonşunun uşağı tərbiyəsizdirsə, onu vurub öldürmək düzgün deyil. Qulağını dartmaq, bir-iki çubuq çəkib başa salmaq kimi imkanlar var.
Gürcülər onu da anlamalıdırlar ki, sabah sərhədi pozub, icazəsiz, səs-küylə Keşikçidağa, yaxud, hansısa sərhəd ərazisinə yürüş edənlərlə turist, yaxud zəvvar kimi deyil, sərhəd pozucusu kimi rəftar olunacaq. Artıq Azərbaycan Sərhəd Qoşunlarının əraziyə əlavə qüvvə cəlb etməsi gürcü “ictimai fəalları”nın təşvişinə səbəb olub.
Təxribatçıların ideoloqlarından biri olan Gürcüstan Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili, David Katsarva və digərləri öz narahatlıqlarını ifadə etməyə başlayıblar. Natelaşvili hələ abırsız-abırsız deyir ki, “Azərbaycan Keşikçidağda elə bir baza yaradıb ki, heç Rusiyanın Abxaziyada, Sxinvalidə elə bazası yoxdur”.
Amma bu adam özünə sual vermir ki, indiyədək Gürcüstana dost əlini uzadan Azərbaycanın sərhəddə hərbi baza yaratmasının səbəbi nədir və kimlərdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-07-2019, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-07-2019, 15:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11