reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dini ibadət yerlərinə təyinat alan şəxslər - Siyahı

reklam

Dini ibadət yerlərinə təyinat alan şəxslər - Siyahı












Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün elan edilən müsahibədə 251 nəfər namizəd arasında ən yüksək bal toplayaraq təyinat alan din xadimləri ilə görüş keçirilib.

Komitədən bildirilib ki, görüşdə çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durumdan, dövlət-din münasibətlərinin yüksək səviyyəsindən, dini dəyərlərə və din xadimlərinə qayğıdan bəhs edib.

Bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşırlar.

Dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi və buna qarşı mübarizədə birliyin vacibliyi barədə də danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün güclü vasitədir. Onun cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətini məkrli qüvvələr də yaxşı başa düşür və bəzən bundan çirkin əməlləri üçün istifadə edirlər. Nəticədə insanları birliyə, vəhdətə çağıran dinlər mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, xurafat, antimilli formaya salınır. Bu baxımdan mənəvi dəyərlərimizin tərkib hissəsi olan dindən dövlətçiliyimizə qarşı istifadənin qarşısının alınmasında din xadimlərinin, dini icma sədrlərinin aktivliyi xüsusi önəm daşıyır, o cümlədən, dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında, Vətənizimə bağlılıq hissinin gücləndirilməsində, milli-mənəvi, tolerant dəyərlərin təbliğində din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda, onların arxasınca gedən yüzlərlə, minlərlə möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.

Din xadimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayan Komitə sədri aparılan bu işlərin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə həyata keçirildiyini və İdarənin fətvalarının yerinə yetirilməsinin zəruriliyini onların diqqətinə çatdırıb.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Sahib Nağıyev və Gündüz İsmayılov din xadimlərinə tövsiyələrini verərək üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli olduqlarını qeyd edib, onlara həvalə edilən vəzifənin uğurla həyata keçirəcəklərinə ümidvar olduqlarını vurğulayıblar.

Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.

İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibədə uğur qazanaraq təyinat alan din xadimlərinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Təyin olunacaq namizəd

Təyin olunduğu məscid

Vəzifəsi

1.

Ağamirzəzadə Mirzəli Əfrahim oğlu

Səbail rayonu, “Həzrət Məhəmməd” məscidi

İmam

2.

Səmədov Vüqar Həsən oğlu

Yasamal rayonu, “İlahiyyat” məscidi

İmam

3.

Əliyev Şahəli Gülağa oğlu

Şirvan şəhəri, “Həzrət Əbülfəz” məscidi

İmam

4.

Muxtarzadə Tural Firudin oğlu

Zaqatala rayonu, Çobankol kənd məscidi

İmam müavini

5.

Xəlilov Xəzər Məhəmmədiyə oğlu

Qax şəhəri, “Mərkəzi Cümə” məscidi

İmam

6.

Əliyev Taleh Elman oğlu

Lənkəran rayonu, Lüvəsər kənd məscidi

İmam müavini

7.

Bəhrəmov Elman Qəribəli oğlu

Lənkəran rayonu, İstisu qəsəbə məscidi

İmam müavini

8.

Əsədli Bəhmən Aydın oğlu

Biləsuvar rayonu, İsmətli kənd məscidi

İmam müavini

9.

Hüseynov Rayic İlyas oğlu

Cəlilabad şəhəri, “Cümə” məscidi

İmam müavini

10.

Hacıyev Vahid Zəkəriyyə oğlu

Xaçmaz rayonu, Xudat kənd məscidi

İmam müavini

11.

Eyvazlı Eyvaz Babək oğlu

Qobustan şəhəri, “Cümə” məscidi

İmam müavini

12.

Ələddinov Murtaza Müfti oğlu

Quba rayonu, Ağbil kənd məscidi

İmam müavini

13.

Kərimov Vüqar Əli oğlu

Ağcabədi rayonu, Avşar kənd məscidi

İmam müavini

14.

Mustafayev Tural Sahib oğlu

Oğuz rayonu, Kərimli kənd məscidi

İmam

15.

Müzəffərov Niyaməddin Əfləddin oğlu

Siyəzən şəhəri, “Cümə” məscidi

İmam

16.

Xudaverdili İmran Məmməd oğlu

Siyəzən şəhəri, “Cümə” məscidi

İmam

17.

Cəfərov Cəfər Qəfər oğlu

Neftçala şəhəri, “Sahib-əz-Zaman” məscidi

İmam

18.

Babayev Ramazan Müfəlif oğlu

Quba şəhəri, “Ağməscid” məscidi

İmam

19.

Məmmədzadə Allahverən Davud oğlu

Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Höccət ibn Həsən” məscidi

İmam

20.

Əsimov Nurlan Daşpolad oğlu

Şirvan şəhəri “Cümə” məscidi

İmam

21.

Əlizadə Hüseyn Talıb oğlu

Şirvan şəhər məscidi

İmam müavini

22.

Dəmirzadə Mehrab Fəxrəddin oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbə məscidi

İmam müavini

23.

Rəcəbov Elvin Eynulla oğlu

Yasamal rayonu, “Xanım Zəhra” məscidi

İmam müavini

24.

Əliyev Tural Nüsrəddin oğlu

Zaqatala rayonu, Lahıc kənd məscidi

İmam müavini

25.

Balayev Röya Cəlil oğlu

İsmayıllı rayonu, “Məhəmmədiyyə” məscidi

İmam

26.

Əlixanov Sərxan Məhəmməd oğlu

Zaqatala rayonu, Faldarlı kənd məscidi

İmam müavini

27.

Nooyev Bəşir Məhəmməd oğlu

Balakən rayonu, Şərif kənd məscidi

İmam müavini

28.

Nürəddinov Səbuhi Eyyub oğlu

Xaçmaz rayonu, Qımılqışlaq kənd məscidi

İmam müavini

29.

Mirzəliyev Vüsal Rəşid oğlu

İsmayıllı rayonu, Mican kənd məscidi

İmam müavini

30.

Eyvazov Taleh Gəray oğlu

Yevlax rayonu, “Cümə” məscidi

İmam müavini

31.

Nuriyev Tofiq Dədəbala oğlu

Şamaxı rayonu, Sabir qəsəbə məscidi

İmam müavini

32.

Məhərrəmov Məzahir Saqi oğlu

Yasamal rayonu, “İlahiyyat” məscidi

İmam müavini

33.

Mehdiyev Ruslan Rəsul oğlu

Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 məhəllə məscidi

İmam müavini

34.

Süleymanov Gündüz Sayad oğlu

Suraxanı rayonu, Qaraçuxur qəsəbə məscidi

İmam

35.

Cəfərov Əyanat Mamed oğlu

Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi

İmam

36.

Bağırov Nazim Heydər oğlu

Abşeron rayonu, Novxanı qəsəbəsi “Həmzə” məscidi

İmam




Paylaş:


Müəllif : Tarix:
20-09-2022, 20:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər