Milyarder ailənin CV ilə iş axtaran övladı...
El arasında deyimə görə, sağlamlığı pulla satın almaq olmaz. Amma bəzən istisnalar da olur. Buna bahalı əməliyyatlarla 102 il ömür yaşayan amerikalı milyarder David Rokfelleri misal göstərmək olar.
David Rokfeller 12 iyun 1915-ci ildə anadan olub. Amerikanın ən zəngin ailəsinin nəvəsi məktəb illərində sinfin ən yaxşı şagirdi hesab olunurdu və 1936-cı ildə Harvardda klassik ingilis ədəbiyyatı və tarixi fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, sonradan təhsil aldığı universitetə 100 milyon dollar ianə edir.
David Rokfeller üçüncü nəsil zəngin olub. Onun babası Con Rokfeller “Standard Oil Company” neft trestinin yaradıcısı olub və ABŞ tarixinə ölkənin ilk milyarderi kimi düşüb. Buna baxmayaraq, Rokfellerlər hər şeyə öz zəhməti və ağlı ilə nail olublar, ona görə də övladlarına heç vaxt güzəştə getməyib, onları oxumağa, işləməyə və inkişaf etməyə məcbur ediblər.
David Rokfeller 1940-cı ildə, cəmi 25 yaşında Çikaqo Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb. Elə həmin il o, valideynləri Uoll Stritdə hüquq firması olan ailədən Marqaret Makqrat adlı qızla evlənib. Cütlüyün bu evlilikdən altı övladı dünyaya gəlib.
Rokfeller ilk işini 1940-cı ildə tapıb. Atası oliqarx olsa da, gənc iqtisad elmləri doktoru özü iş axtarmağa, CV göndərməyə və müsahibələrə qatılmağa başlayıb. Əla təhsilli, qüsursuz davranışı və böyük adı olan bir oğlan Nyu York merinin katibi vəzifəsinə işə götürülür.
Bundan əlavə, Davidin karyerası sürətlə inkişaf etdi. O, tezliklə Müdafiə, Səhiyyə və Rifah Departamenti üzrə regional direktor köməkçisi vəzifəsində çalışır. 1942-ci ildə gənc Rokfeller işinə fasilə verir və cəbhəyə sıravi əsgər kimi yollanır. Fransada və Şimali Afrikada kəşfiyyatla məşğul olub. Müharibənin sonu David Parisdə kapitan və hərbi attaşe köməkçisi rütbəsində olub.
1945-ci ildə Rokfeller ordudan tərxis olunur və bir il istirahət edir. Lakin 1946-cı ildə yenidən iş axtarmağa başlayır və Nyu-Yorkun böyük banklarından biri olan “Chase National”da işə düzəlir. 1952-ci ildə David artıq bu bankın vitse-prezidenti idi və onun rəhbərliyi altında “Chase National” “Manhattan Bank” ilə birləşir. Beləliklə, “Chase Manhattan” adlı yeni bir bank yaranır.
David Rokfellerin həyatı 1976-cı ildə başa çata bilərdi. Milyarder o zaman ağır avtomobil qəzası keçirir və təcili ürək transplantasiyasına ehtiyac duyulur. Bundan sonra milyarder daha beş ürək transplantasiyası əməliyyatı keçirir, sonuncunu isə 2015-ci ildə 100 yaşında gerçəkləşib. Son əməliyyat ən yaxşı avadanlıqlarla təchiz olunmuş Rokfellerin öz iqamətgahında baş tutub. Transplantasiya asan olmayıb və bu, 6 saatdan çox davam edib. Bundan başqa, milyarder 3 böyrək, 2 ciyər transplantasiyası əməliyyatı keçirib.
“Hər dəfə yeni bir ürək əldə edəndə sanki həyat nəfəsi bədənimdən keçir. Özümü aktiv və canlı hiss edirəm. Mənə tez-tez sual verilir. Mən həmişə eyni cavabı verirəm: sadə həyat sürün, uşaqlarınızla oynayın, gördüyünüz işdən həzz alın” - Rokfeller deyirdi.
David Rokfeller 2017-ci il martın 20-də 102 yaşında Nyu-York yaxınlığındakı Pokantiko Hillsdəki malikanəsində yatağında vəfat edib. Həyat yoldaşı isə 1996-cı ildə 80 yaşında dünyasını dəyişib. Rokfellər isə 200 yaşınadək yaşamaq arzusunda idi...
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2022, 08:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |