“Qadın onda durarmı, nəyinə lazımdır elə kişi?” - Rəşid Mahmudovdan daha bir qalmaqallı açıqlama
Azərbaycanda son 6 ay ərzində 8324 boşanma rəsmiləşdirilib.
Buraya əcnəbilər və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşları arasındakı 93 nikah da daxildir. Onu da qeyd edim ki, Azərbaycanda ən az boşanma 1999-cu ildə (5013), ən çox boşanma isə 2018-ci ildə (14857) qeydə alınıb. Boşanma ilə bağlı indiyədək olan statistikalardan da görünür ki, say getdikcə artır. Konkret desək, hər 4 nəfərdən biri boşanır. Mütəxəssislər bunun ailə institutuna ciddi zərbə olduğunu bildirir.
“Yeni Sabah” bildirir ki, tanınmış fizioloq, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov boşanma səbəbindən danışıb. Bildirib ki, buna qidalar, internet və sosial şəbəkələri səbəb olur:
“Telefon və sosial şəbəkələr milləti məhv edir. Bir tərəfdən də sosial durum pisləşib, problemlər artıb, kasıbçılıqdı. Xəstəliklər artıb və insanların çoxunun psixoloji durumu normal deyil. Hələ qidalarımızı demirəm. Bilirsiz, qidalarımız nə gündədir? Oğlanların kişiliyi qalmayıb. Mən hər şeyi açıqlamaq istəmirəm. Kişi kişi deyil! Anlayırsınızmı? Qadın onda durarmı? Nəyinə lazımdır elə kişi? Palma yağını yeyən adam elə olacaq da... Bütün bunlar cəmləşəndə sonu boşanma olur”.
R.Mahmudov boşanmaların artmasında psixoloji təsirin rolundan da danışıb: “Psixoloji təsir ola bilməz. O boşanıb, mən də boşanım, bu yarışdır? Elə şey ola bilməz. Bir sözlə, boşanmalara əsas səbəb qidalar, sosial şəbəkələr və kişilərin kişi olmamasıdır”.
/cebhe.info
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-07-2019, 17:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-07-2019, 17:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11