"Müəllimləri aldatmasınlar": Maaş artmayacaq - Ekspert danışır
Son günlər müəllimlər üçün ən aktual məsələlərdən biri sertifikatlaşdırmadır.
Belə ki, iyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.
Sertifikatlaşdırma ilə bağlı müəllimləri maraqlandıran məsələlərdən biri də prosesin əməkhaqqına təsiri ilə bağlıdır. Artıq bir neçə gündür ki, sertifikatlaşdırmanın əməkhaqqına təsir edib-etməcəyi sosial şəbəkələrdə müəllimlər arasında müzakirə mövzusuna çevrilib.
Doğurdanmı sertikatlaşdırma müəllimlərin əməkhaqlarının artmasına imkan verəcək? Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda qanunvericiliyin tələbinə görə əməkhaqqı dərs yükünə görə müəyyənləşir:
“Maraqlı odur ki, sertifikasiya əməkhaqqına necə təsir göstərəcək, qanunvericilikdə bu nəzərdə tutulub? Sertifikasiya müəllimin bilik və bacarıqlarını yoxlayır.
Sürücülük vəsiqəsi almaq vətəndaşa hansısa bir üstünlük verir, yoxsa sadəcə vəsiqə alırsız? Sertifikasiya da sadəcə müəllim kimi fəaliyyət göstərməyə icazə verir. Sertifikasiyanın əməkhaqqına nə dəxli var, hansı qanunvericilikdə göstərilib? İnsanların başını aldatmasınlar ki, sertifikasiya əməkhaqqına təsir edəcək. Sadəcə olaraq, bəzi müəllimlər işdən çıxacaq, onların dərs saatı başqasına verilək və süni maaş artımı ola bilər. Ölkə başçısı mütəmadi olaraq müəllimlərin əmək haqqını artırır və bu, başqa bir məsələdir. Ancaq sertifikasiya ilə bağlı əməkhaqqının artacağının heç bir əsası yoxdur. Əməkhaqqı 2015-ci ildə dollarla 360 dollar idisə, indi 320 dollardır. Təhsillə bağlı qeyri-ciddi danışırlar”.
Ekspertin deyir ki, müəllimin maaşı artırılmalıdır:
“Özləri heç bir iş görmürlər. Bütün gün əziyyət çəkən müəllim ortada qalıb. Ona görə də keyfiyyət yoxdur. Nəinki müəllimin əməkhaqqını artırmaq, dövlət qulluqçusu statusu vermək lazımdır. Müəllimi kommunal xərclərdən azad etmək lazımdır. Ölkədə orta məktəbdə 150 min müəllim var, ancaq 136 min manat krediti var. Maaşları karta köçən kimi bank onu “tutur”. Yazıqlar neynəsinlər. Pandemiya dövründə dəsrlərin hamısı online keçirilirdi. Hamısı getdilər kreditlə kompüter, planşet götürüblər, indi “üstlərində” qalıb. Müəllimə yiyə durmaq lazımdır, onlar bizim gələcəyimizi yetişdirirlər”.
Ekspertin sözlərinə görə, əslində bir stavka dərs yükü 595 manatdır:
“Yəni ali təhsilli müəllimsizsə 18 saatlıq dərslə 595 manat ala bilərsiz. Ancaq Bakı şəhərində 600 müəllim var ki, əmək haqqı 1000 manatdır. Ölkədə 8 mindən çox müəllimin maaşı 1000 manatdan çoxdur. Ancaq ölkədəki 150 min müəllim var və bu gün 150 manat əməkhaqqı olan çox sayda müəllim var. Bu gün müəllimlərin 18 saatlıq dərs yükü yox dərəcəsindədir. Azərbaycan müəllimi hazırkı maaşa layiq deyil, daha yüksək maaşa layiqdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2022, 15:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |