"Qanunazidd məktublara qol çəkmə, cənab Hacıyev!" - ÇAĞIRIŞ
"Qaz İxrac İdarəsinin rəisi Əkbər Hacıyevə AR MPM -nin 35-ci maddəsini izah edirik.... Anladırıq... və məlumatlandırırıq!" Bunu özünün "facebook" səhifəsində Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb.
Qeyd edək ki, tanınmış hüquq-müdafiəçisi mövcud qanunvericilkdən sitat gətirib:
- maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
-maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.
Daha sonra aşağıdakıları qeyd edir: "Belə ki, ağır yataq xəstəsi olan işçinin evinə gələrək ,ona məcburi işdənçıxma ərizəsi yazdırılaraq işdən azad edilmiş və qısa müddət sonra vəfat etmiş mərhum Vüqar Abbasovun əmək mübahisəsi ilə əlaqədar verilmiş Mediasiya təklifi ilə əlaqədar , idarə rəisi Əkbər Hacıyev yazılı cavabında bildirir ki: V. Abbasovla bağlanmış əmək müqaviləsi Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi tərəfindən ləğv edildiyindən (bildiririk ki, sahə hüquqi şəxs deyil, filialdır) cavabdeh kimi bu sahə qəbul edilməli və mediasiya təklifi də bu sahəyə qarşı yönəlməlidir.
Qanunazidd məktublara qol çəkmə, cənab Hacıyev. Məktubunuzu hüquqşünaslar da oxuyur".
Mirvari Qəhrəmanlı sonda xatırlatma da edir: ""Azəriqaz" direktoru olarkən region abonentlərinə tədbiq etdiyiniz qeyri qanuni cərimə ilə əlaqadar çoxlu sayda məhkəmə proseslərimiz yuxarıda qeyd etdiyim qanuna uyğun olaraq məhz Birliyin yerləşdiyi Xətai rayon məhkəməsində baxılıb!"
Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...(Dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:11-05-2022, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər