Açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 10,1% və ya 2 min 372 baş azalıb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Son 15 ildə - 2008-2022-ci illərdə Azərbaycanda eşşəklərin sayı 2 dəfədən çox azalaraq 47,2 mindən 21 min başa düşüb.
Son 15 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:
Tarix | Eşşəklərin sayı |
1 yanvar 2008-ci il | 47,2 min |
1 yanvar 2009-cu il | 46,4 min |
1 yanvar 2010-cu il | 46,0 min |
1 yanvar 2011-ci il | 46,1 min |
1 yanvar 2012-ci il | 45,9 min |
1 yanvar 2013-ci il | 44,3 min |
1 yanvar 2014-cü il | 43,4 min |
1 yanvar 2015-ci il | 40,0 min |
1 yanvar 2016-cı il | 35,8 min |
1 yanvar 2017-ci il | 34,1 min |
1 yanvar 2018-ci il | 30,9 min |
1 yanvar 2019-cu il | 28,0 min |
1 yanvar 2020-cu il | 25,8 min |
1 yanvar 2021-ci il | 23,4 min |
1 yanvar 2022-ci il | 21,1 min |
Məlumat üçün bildirək ki, Azərbaycanda ən çox eşşəyin olduğu rayon Şahbuz rayonu olub – 1 712 baş. Ən az eşşəyin olduğu rayon isə Kəlbəcər rayonu olub - 1 baş.
Ötən il eşşəklərin sayında ən kəskin azalma Qazax, Ağstafa, Tovuz, Sabirabad rayonlarında qeydə alınıb. 2021-ci ilin əvvəlində Bakı şəhərində (Xəzər rayonu) qeydə alınan 3 eşşək isə bu ilin əvvəlində olmayıb.
Onu da bildirək ki, son 7 ildə Bakı şəhərində eşşəklərin sayı aşağıdakı kimi olub:
2016 | 2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 |
19 | 13 | 17 | 8 | 9 | 3 | - |
Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı belə olub.
Şəhər və rayonlar | Eşşəklərin sayı | |
01.01.2022 | 01.01.2021 | |
Bakı şəhəri | - | 3 |
Xızı rayonu | 73 | 89 |
Abşeron rayonu | 15 | 15 |
Qazax rayonu | 991 | 1 158 |
Ağstafa rayonu | 1 372 | 1 852 |
Tovuz rayonu | 1 161 | 1 680 |
Şəmkir rayonu | 1 476 | 1 467 |
Gədəbəy rayonu | 358 | 409 |
Daşkəsən rayonu | 267 | 261 |
Samux rayonu | 825 | 865 |
Göygöl rayonu | 229 | 236 |
Goranboy rayonu | 574 | 592 |
Naftalan şəhəri | 4 | 2 |
Zaqatala rayonu | 11 | 11 |
Qax rayonu | 35 | 36 |
Şəki şəhəri | 422 | 620 |
Oğuz rayonu | 190 | 209 |
Qəbələ rayonu | 67 | 85 |
Astara rayonu | 379 | 333 |
Lənkəran şəhəri | 36 | 40 |
Lerik rayonu | 1 572 | 1 556 |
Yardımlı rayonu | 618 | 652 |
Masallı rayonu | 10 | 12 |
Cəlilabad rayonu | 334 | 546 |
Qusar rayonu | 68 | 77 |
Xaçmaz rayonu | 568 | 708 |
Quba rayonu | 936 | 971 |
Şabran rayonu | 134 | 154 |
Siyəzən rayonu | 293 | 297 |
Göyçay rayonu | 3 | 3 |
Beyləqan rayonu | 205 | 190 |
Ağcabədi rayonu | 135 | 144 |
Bərdə rayonu | 147 | 138 |
Neftçala rayonu | 164 | 140 |
Salyan rayonu | 212 | 184 |
Yevlax şəhəri | 63 | 66 |
Ağdaş rayonu | 71 | 73 |
Zərdab rayonu | 44 | 44 |
Kürdəmir rayonu | 43 | 53 |
Saatlı rayonu | 26 | 36 |
Sabirabad rayonu | 595 | 965 |
Hacıqabul rayonu | 256 | 374 |
Cəbrayıl rayonu | 11 | 11 |
Füzuli rayonu | 306 | 303 |
Ağdam rayonu | 184 | 216 |
Tərtər rayonu | 86 | 110 |
Xocavənd rayonu | 2 | 1 |
Laçın rayonu | 70 | 79 |
Qobustan rayonu | 119 | 152 |
İsmayıllı rayonu | 209 | 228 |
Ağsu rayonu | 125 | 112 |
Şamaxı rayonu | 349 | 352 |
Naxçıvan şəhəri | 118 | 115 |
Şərur rayonu | 812 | 835 |
Babək rayonu | 538 | 524 |
Ordubad rayonu | 530 | 520 |
Culfa rayonu | 286 | 282 |
Kəngərli rayonu | 470 | 461 |
Şahbuz rayonu | 1 712 | 1 691 |
Sədərək rayonu | 117 | 81 |
Kəlbəcər | 1 | - |
Cəbrayıl | 11 | - |
Zəngilan | 17 | - |