Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.
Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunda doğulub.
Atası Nəriman Həmidov ibtidai sinif müəllimi, anası Şərqiyyə Həmidova isə evdar qadındır. Şükür Həmidov 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 1990-cı ilə qədər orada təhsil alıb. 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi başlanan zaman sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə oradan məzun olan Şükür Həmidov həmin il sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verib və 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirib.
1995-ci ildə ali hərbi təhsilini başa vuran Şükür Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib. Şükür Həmidova Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən, “leytenant”, 1999-cu ildə “baş leytenant”, 2002-ci ildə isə “kapitan” hərbi rütbəsi verilib.
2002-ci il sentyabrın 1-də Şükür Həmidov Şahbuz şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini vəzifəsinə təyin edilib. 2003-cü il sentyabrın 25-nə qədər bu vəzifədə xidmət edən Şükür Həmidov 2003-cü il sentyabrın 25-dən 2005-ci il iyulun 15-nə qədər Naxçıvan şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində xidmət edib. 2005-ci il iyunun 30-da “mayor” hərbi rütbəsi almasından 15 gün sonra isə o, həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrində 11 il qüsursuz xidmət edən Şükür Həmidov 2008-ci il iyunun 25-də Ağcabədi rayonunda “N” saylı hərbi hissədə 1-ci Taborun Kkomandiri vəzifəsində xidmət eləməyə başlayıb. 2009-cu il sentyabrın 10-na qədər bu vəzifədə xidmət edən Şükür Həmidov növbəti dörd il ərzində müxtəlif hərbi hissələrdə qərargah rəisi vəzifəsində xidmət edib.
2009-cu il sentyabrın 10-dan 2011-ci il iyunun 18-nə qədər Füzuli rayonunun Horadiz şəhərində “N” saylı hərbi hissədə komandirin müavini — qərargah rəisi vəzifəsində xidmət edən Şükür Həmidov qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə “polkovnik-leytenant” hərbi rütbəsi alıb. Daha sonra o, 2011-ci il iyunun 18-dən 2012-ci il fevralın 12-nə qədər Beyləqan rayonunda “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi, 2012-ci il fevralın 12-dən 2013-cü il yanvarın 18-nə qədər isə Ağcabədi rayonunda “N” saylı hərbi hissədə komandirin müavini — qərargah rəisi vəzifəsində xidmət edib.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri kimi yazılan hərbi əməliyyatlar zamanı Şükür Həmidov Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri idi. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri, strateji nöqtələri, o cümlədən Lələtəpə zirvəsini Azərbaycan Ordusu işğaldan azad edib.
Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.
2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Şükür Həmidova vaxtından əvvəl növbəti “polkovnik” hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilib və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilib.
2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidov cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub. Əvvəlcə o, Füzuli rayonu istiqamətində döyüşlərə qatılıb.
20 gün ərzində davam edən Arazboyu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun Araz boyunca yerləşən yaşayış məntəqələrinin işğaldan azad edilməsi nəticəsində Azərbaycan Ordusunun bölmələri Zəngilan rayonuna hücum əməliyyatı hazırlayıblar. Oktyabrın 20-də 2-ci Ordu Korpusu və Dövlət Sərhəd Xidmətinin qatıldığı Zəngilan döyüşləri nəticəsində qısa müddət ərzində Havalı, Məmmədbəyli, Muğanlı, Şərifan, Zərnəli, həmçinin Zəngilan şəhəri işğaldan azad edilib.
Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidovun da şəxsən qatıldığı döyüşlər başlayıb. Bir gün sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 12-dən çox yaşayış məntəqəsinə daxil olmağa nail olublar. Şükür Həmidov son olaraq Qubadlı şəhərinin bir addımlığında yerləşən Mahmudlu istiqamətində döyüşüb. Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub.
O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova dərin hüznlə başsağlığı verib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun, Cəbrayıl rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2022, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |