reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vətəndaşlardan pul tələb edən sayt rəhbəri saxlanıldı

reklam

Vətəndaşlardan pul tələb edən sayt rəhbəri saxlanıldı


















Yevlax sakinlərinə hədə-qorxu gələrək 21 min manat pul tələb edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətin məlumat yayıb.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15 min manat tələb etməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri - E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6 min manat tələb etmələri də müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
25-02-2022, 12:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər