reklam
Regionxeberlericom.az » Cəmiyyət » Orqanizmdə maqniy çatışmazlığının 10 əlaməti – ürək, əzələlər, sinir sisteminin əsas mineralı

reklam

Orqanizmdə maqniy çatışmazlığının 10 əlaməti – ürək, əzələlər, sinir sisteminin əsas mineralı















Vitaminlərdən başqa orqanizmi idarə edən mikroelementlər, minerallardır. Orqanizm üçün 3-4 vacib mikroelement var, bunlardan ən başlıcası maqniydir.

Medicina.az xəbər verir ki, insanda maqniy ehtiyatının az olması çox ciddi xəstəliklər yaradır. Maqniy sümüklər, sinir sistemi, əzələ, ürəyin işi üçün ən lazım olandır. Maqniy bütün bu orqanların quruluşunda var, dişlərin, sümüklərin tərkibində kalsium qədər olmalıdır. Əgər bir insanda maqniy kəskin azdırsa, onda 300 dən çox fizioloji proses, maddələr mübadiləsi pozulur.

Maqniy çatışmazlığı insanı nevroz, əsəbi edir, onu içkiyə, siqaretə, narkotikə meyilləndirir. Maqniy çatışmazlığı təzyiqin yüksəlməsinə, damarların daralmasına, qanın qatılaşmasına, ürək damar xəstəliklərinə səbəb olur.

Böyrəklərdə kalsium oksalat tərkibli daşların yığılmasının da qarşısını maqniy alır.

Piylənməsi, şəkəri olanlarda maqniy kəskin çatışmır.

Maqniy qadın mikroelementi də hesab edilir. Çünki qadında bu əksik olarsa, menstrual ağrılar olur, ürək ritmi pozulur, o çox əsəbi olur, stresə davamlı olmur, sonsuzluq, hormonal disbalans yaranır.

Kimin ki, yuxusu, əsəbi pozulub, ayaqları qıc olur, belində ağrılar var, sümükləri, dişləri kövrəkləşib, qırılırsa, əzələləri gərgindirsə, sanki bədəninə tikanlar batırmış kimi hiss varsa, deməli, onda maqniy kəskin azdır.

Maqniy çatışmazlığına nə səbəb olur:

- Zəif qidalanma

Yaşın artması

Ağır fiziki iş

Hamiləlik

Stress, əsəb

İşki içmək

Günəş işığı görməmək

Antibiotiklər və digər dərmanların qəbulu

Az fiziki hərəkətlilik

D və kalsium çatışmazlığı

Şəkərli diabet

Disbakterioz

Mədə-bağırsaqdan faydalı maddələrin sovrulmaması

Pasiyent təşviş, nevroz, qorxular, depressiya keçirirsə, sinirləri oyaqdırsa, yuxuda kabus görürsə, çətin yuxuya gedirsə, daim yorğun, yuxuludursa, iş qabiliyyəti zəifdirsə, dırnaqları qırılırsa, saçları tökülürsə, baş ağrısı, menstruasiya ağrıları, bel ağrıları, ayaqlarında uyuşma, qıcolma, qarışqa gəzmə hissi varsa, ona təcili olaraq maqniyi yüksək dozada təyini lazımdır.

Bu xəstələrin əl-ayağı soyuq olur, qıc olur, qanazlığı yaranır, ürək ritmi pozulur, qan dövranı zəifləyir, ishal və ya qəbizlik baş verir, miqren, baş ağrıları, qarında spazmlar, meteohəssaslıq artır.




Paylaş:


Müəllif : Tarix:
28-01-2022, 16:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər