Kimə hesabdan “2” yazaq: DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma
2019-cu il aprelin 6-da Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019-cu il may ayının 1-i vəziyyətinə say artıq 10.006149 nəfərdir. Lakin əhali artımı Azərbaycandakı seçici sayına nədənsə təsir etmir. Seçici sayındakı çoxalma cüzi görünür və bu da təbii ki, xeyli suallar doğurur.
Seçicilərin sayı
Bu ilin mart ayında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.
Onun sözlərinə görə, seçicilərin 50,83 faizini qadınlar,49,17 faizini isə kişilər təşkil edir.
MSK sədri qeyd edib ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib.
Seçki Məcəlləsində qeyd olunub ki, 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ – aktiv seçki hüququ vardır.
Bundan başqa, Seçki Məcəlləsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.
Üstəlik, Məcəllənin göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).
Xatırladaq ki, Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan – aktiv seçki hüququndan məhrumdurlar.
“Saqqallı uşaqlar”
Seçki hüququ anlayışının ilk şərti vətəndaşın 18 yaşı haqlamasıdır. 5 milyon 209 min 420 seçici həm də əhalinin 18 yaş və 100 (100-dən yuxarı) yaşlı hissəsinin sayını göstərir.
"Hazırda ölkədə 2 milyon 600 minə yaxın uşaq var". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2017 və 2018-ci ildə təkrar-təkrar deyib.
Səhiyyə Nazirliyinin 2017-ci ilə aid məlumatında bildirilib ki, ümumən 2 milyon 453 min 693 uşaq dispanser qeydiyyatından keçib.
Eyni zamanda, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, ölkədə uşaqların (0-18 yaş) sayı 2 milyon 800 mindən artıqdır.
Dövlət Statistika Komitəsinin məlumatında 2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 32 min 402 körpə doğulduğu qeyd olunub.
Gözdeşən ziddiyyətli açıqlamalara baxmayaraq, yuvarlaq olaraq ölkədə uşaqların sayını, – builki artımı üstünə gəlməklə, – təxminən 2 milyon 800 min nəfər hesab etmək olar.
Bu rəqəmi seçicilərin sayı ilə topladıqda, təxminən 8 milyon 9 min 420 nəfər edir.
İtkin seçici
Beləliklə, ortaya sual çıxır: bəs yerdə qalan təxminən 2 milyon nəfər haradadadır?
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova...
Nəticədən doğan məntiq budur ki, ya Dövlət Statistika Komitəsi (DSK) əhalinin siyahıya alınmasında yanlışlığa yol verib, ya da Mərkəzi Seçki Komissiyasının seçicilərin sayı ilə bağlı siyahısı qüsurludur.
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin sayı, təbii ki, 2 milyon nəfər ola bilməz.
Deməli, ya DSK-nın, ya da MSK-nın hesablamaları səhvdir.
Dairələrin sayı niyə artmır?
Digər mühüm məsələ: Seçki Məcəlləsinə əsasən, bütün növ, o cümlədən Milli Məclisə və bələdiyyələrə seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində MSK hər 5 ildən bir 125 seçki (referendum) dairəsi yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis deputatlarının seçkiləri zamanı seçki dairələri – birmandatlı seçki dairələri, referendum, Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə – seçki əraziləri hesab edilirlər.
Azərbaycanda seçicilərin orta təmsilçilik norması 40746 nəfərdir.
Qanunla seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır (orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə).
2015-ci ilin məlumatına əsasən, 40746 seçicilik orta təmsilçilik normasına ən uyğun dairələr: 46 saylı Şirvan seçki dairəsi — 40569, 61 saylı Neftçala — 40848, 62 saylı Saatlı — 40722, 63 saylı Sabirabad — 40616 , 88 saylı Göyçay — 40701, 99 saylı Şəmkir kənd — 40588.
Bəzi dairələr isə orta təmsilçilik normasını xeyli geridə qoyur: 9 saylı Binəqədi — 48053, 26 saylı Sabunçu — 49042, 123 saylı Kəlbəcər — 48365, 125 saylı Zəngilan-Qubadlı – 50579.
Ən az seçicisi olan dairələr isə 5 saylı Şahbuz-Babək (26980) və ərazisi işğal olunmuş 122 saylı Xankəndi (4913) dairəsidir.
Daha çox deputat mandatı
Azərbaycanda seçki dairələrinin və deməli, Milli Məclisdəki təmsilçiliyin artırılması məsələsi dəfələrlə gündəmə gətirilib. Lakin rəsmilər, habelə Mərkəzi Seçki Komissiyası bu yeniliyi həyata keçirməkdə maraqlı görünmür.
Əlbəttə, daha önəmli olan 2002-ci ilin avqust referendumu ilə ləğv edilmiş proporsional seçki sisteminin qaytarılmasıdır. Amma (birmandatlı) majoritar sistemin qüvvədə qaldığı təqdirdə belə, demoqrafik dəyişikliklər Seçki Məcəlləsi normalarının ya dəyişdirilməsi, ya da qanunvericiliyin mövcud vəziyyətə uyğunlaşdırılması tələbi qoyur.
Buna qədər isə Dövlət Statistika Komitəsinin sədri, tibb elmləri namizədi Tahir Budaqov və Mərkəzi Seçki Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Məzahir Pənahov vahid rəyə gəlməlidir: Azərbaycanda nə qədər real əhali və nə qədər real seçici var?
Seçicilərin orta təmsilçilik norması, dairələrin yaradılmasında seçicilərin ümumi sayının 125-ə bölünməsi düsturu artıq ikinci dərəcəli məsələdir.
Reyting.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-06-2019, 10:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-06-2019, 10:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti