Arif Babayev gənc xanəndələrdən danışdı: “Onlar muğam yox, qəzet oxuyanlardır“
Xalq artisti Arif Babayev Moderator.az-ın suallarını cavablandırıb.
RegionXəbərləri.com həmin müsahibəni təqdim edir:
- Arif müəllim, xoş gördük sizi. Necəsiniz?
- Salam, çox sağ olun! Sizi və saytınızın oxucularını ürəkdən salamlayıram. Sağ olun bayram qabağı zəng edib, məni yad etmisiniz. Sizlərə çox minnətdaram. Ard-arda çətin əməliyyatlar keçirdim, şükür Allaha özümü yaxşı hiss edirəm. İstər dövlət, istərsə də xalqımız mənə xəstə vaxtlarımda böyük diqqət və qayğı göstərdi. Xüsusilə də Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm! Mehriban xanımın ümumiyyətlə muğam sənətinə, sənətkarlarımıza böyük diqqəti var. 64 ildir ki, bu sənətdəyəm, onlardan çox razıyam. Çalışacağam ki, hər zaman dövlətin mənə göstərdiyi etimadı doğruldum.
- Bu gün həmkarınız, böyük sənətkarımız Əlibaba Məmmədovun da səhhəti bir o qədər yaxşı deyil, ev şəraitində müalicə alır. Bir-birinizlə əlaqə saxlayırsınız?
- Bəli, bu günlərdə Əlibabaya zəng edib, səhhətini xəbər aldım. Soruşdum ki, necəsən? Deyir ki, Arif ayaqlarım tutulub, gəzə bilmirəm. Əlibaba 90 yaşı haqlayıb. O gözəl sənətkardır, mənim istəkli dostumdur.
- Uzun illərdir həm də görüşmürsünüz. Görüşmək istərdiniz?
- Sözün düzü narahat etmək istəmirəm. Həkim nəzarətindədir, özü də məncə çox istəmir ki, onu narahat etsinlər.
- Ağdam işğaldan azad olunandan sonra neçə dəfə olmusuz?
- Ağdama məni Lalə Azərtaş aparıb, gözəl veriliş çəkdi. Sağ olsun Lalə xanım, Allah onun da canını sağ etsin. Məni Ağdama aparmaq üçün neçə yerdən icazə almışdılar. Çox çətin bir vaxtda getmişdim. Hər yer mina ilə dolu idi. Fikirləşdim ki, gedib atamın, anamın məzarını ziyarət edim. Baxıb gördüm ki, hər yer şumlanıb, məni bir az kədər boğdu, ağladım da. Gətirdiyim gül dəstələrini də orada bir qəbir üstünə qoydum. Amma bu gün böyük sevincli gündür, torpaqlarımız geri qayıdıb. 300 ildən artıq ki, torpaqlarımız işğal olunurdu, amma İlham Əliyev böyük qəhrəmanlıqla, ordumuzun sayəsində torpaqlarımızı geri qaytardı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bizim əlimizdən yalnız onlara can sağlığı arzulamaq gəlir. Bu böyük tarixdir.
- Hər zaman deyirdiniz ki, ən böyük arzum Ağdamın işğaldan azad olunmasıdır. Artıq Ağdam azaddır, bəs indi ən böyük arzunuz nədir?
- Arzum odur ki, məcburi-köçkünlər öz doğma yurdlarına qayıtsınlar. Artıq o torpaqlarda “ağıllı şəhər”-lər tikilir. Ağdam gözəl bir şəhər olacaq, insanlar öz yurdlarına qayıdacaq. Allah mənə də sağlıq və ömür versə gedib öz kəndimdə yaşayacağam. Bax mən indi bunu arzulayıram. Yenə də deyirəm Allah ordumuzu qorusun!
- Yəqin ki, ara-sıra şəhid ailələrinin və qazilərin səriştəsiz məmurlardan şikayətlərinin də şahidi olursunuz. Bu kimi hallar sizə necə təsir edir?
- Dövlətimiz, dövlət başçımız istər şəhid ailələrinə, istərsə də qazilərimizə böyük qayğl göstərir. “YAŞAT” fondunun da bu istiqamətdə gördükləri işlər hamıya nümunə olmalıdırBu təkcə dövlət qayğısı ilə bitmir. O məmurlar da şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı göstərməlidir. Hər kəs onların qarşısında səcdə etməlidir. Çünki o oğullar əllərini, ayaqlarını, gözlərini bizim yolumuzda fəda ediblər. Mən özüm də bəzən düşünürəm ki, görəsən onlar üçün nə edim ki, az da olsa borclarından çıxmış olum.
- Arif müəllim, gənclərə tövsiyyəniz nədir?
- Gənc xanəndələrin yaxşıları da var, pisləri də. Elə yaxşı muğam oxuyanlarımız var ki, efirlərdə görüb fəxr edirəm. Təsadüfən də gəlib bu sənətə düşənlər var. Nə səsləri var, nə də görünüşləri. Mən onlara muğam yox, qəzet oxuyanlar deyirəm (gülür). Elə oxumağa nə var ki?
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2021, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |