"Düşünürəm ki, kimsə virusu idarə edir, onu qəsdən yayır" - Professordan ŞOK
"Cənubi Afrika heç də kasıb ölkə deyil. Kifayət qədər zəngin, imkanlı, müasir və əhalisi 70% peyvənd olunmuş ölkədir. Təsəvvür edin belə bir ölkədə güclü mutasiya yayıldısa, deməli, dünyanın bütün ölkələrində üstün ştamm bu olacaq.Bu ştamm böyük və təhlükəli 5-ci dalğaya səbəb olacaq. Bu barədə ÜST həyəcanverici anons verib.
Epidemioloji tədbirlər bir qədər gücləndirilməlidir".Medicina.az-a açıqlamasında bunu professor, pulmonoloq Əlizamin Sadıqov deyib.Professor Omikrondan sonrakı vəziyyətə həm ümidli, həm ümidsiz olduğunu etiraf edib.
" Lakin biz hələ bu ştammın özünü necə aparacağını, nələrə səbəb olacağını, diaqnostikası, müalicəsi, ağırlaşması, eyni zamanda vaksinə necə təsir edəcəyini bilmirik. Düşünürəm ki, yaxın 2 həftədə bu suallara cavablar olacaq. Hətta klassik kovid variantını aşkar edən PZR analizimiz bu ştammı aşkar etməyə yetəcəkmi?
Dünyanı narahat edən basilica məsələ bu ştammda əvvəlki Delta, Alfa, Qamma kovidlərində olmayan yüksək mutasiya sayıdır. Yeni variantda 50-dən çox mutasiya aşkar olunub. Bu mutasiyaların 30-u virusun spayk protetinlərində toplanıb. Bu nə deməkdir? Virus insan orqanizmində hüceyrələrə bu proteinlər vasitəsilə keçir. Proteinlərin sayı nə qədər çox olarsa, virusa sərhəd və maneə görmədən, demək olar ki, bütün hüceyrələrə daxib olub zədələməsi imkanı verir.Biz 2 ildir bu virusla mübarizə aparırıq.Təəssüf ki, biz bu virusu ram edə bilmirik, ümidim də artıq itmək üzrədir. Bir çox dövlətlərdə ikiqat vaksinasiya 70-80% olunub, amma yenə də yoluxma azalmır. Bugünkü yoluxma sayı hətta 1 il əvvəlkindən də yüksəkdir.
Virusun eyni bir cəmiyyətdə sirkulyasiyası bitmir. Bunların hamısının bir səbəbi var.Virusun insandan insana keçərək zəifləməməsi, əksinə daha da dəyişməsi, güclənməsi baş verir.
Epidemiyanın, immunologiyanın qanunauyğunluğu budur. Virus bir insandan digərinə keçdikcə 10-cu insanda o artıq zəifləməlidir. Çünki hər orqanizm virusu qarşılayıb, onu müəyyən qədər əzib, sındırıb digərinə ötürür. 100-cü yoluxanda o adi qripə çevrilməliydi. İnsan immun sistemi virusa qarşı çarpışır. Bizdə isə tamam əksinədir. Bir ştammın öhdəsindən gəlməyə az qalmış yenisi və daha güclüsü çıxır.
Məndə belə bir şübhə yaranıb ki, sanki kimsə, qəsdən süni olaraq bu virusun üzərində işləyib, kənarda hazırlayır də hansısa ölkəyə aparıb yayır. Tam səmimi deyirəm, artıq koronavirusun təbii olmasına inamım itib. Baxmayaraq ki, pandemiyanın əvvəlində ayrı qənaətdə idim. Artıq şübhələr var ki, bu virus kənardan idarə olunur. Bundan sonra da epidemioloji vəziyyəti qəsdən gərginləşdiricəklər.İndi çox ağıllı sistemlər, imkanlar var, hətta 1-2 il öncədən proqramı hazırlanır.
Ona görə də düşünmürəm ki, dünya 100 ilə də kovidin öhdəsindən gələ bilsin. Çünki kovid təbiətin, tibbin, immunologiyanın qanunlarının tam əksinə gedir. Artıq məndə qəribə ümidsizlik var”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-12-2021, 15:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
"Cənubi Afrika heç də kasıb ölkə deyil. Kifayət qədər zəngin, imkanlı, müasir və əhalisi 70% peyvənd olunmuş ölkədir. Təsəvvür edin belə bir ölkədə güclü mutasiya yayıldısa, deməli, dünyanın bütün ölkələrində üstün ştamm bu olacaq.
Bu ştamm böyük və təhlükəli 5-ci dalğaya səbəb olacaq. Bu barədə ÜST həyəcanverici anons verib.
Epidemioloji tədbirlər bir qədər gücləndirilməlidir".
Epidemioloji tədbirlər bir qədər gücləndirilməlidir".
Medicina.az-a açıqlamasında bunu professor, pulmonoloq Əlizamin Sadıqov deyib.
Professor Omikrondan sonrakı vəziyyətə həm ümidli, həm ümidsiz olduğunu etiraf edib.
" Lakin biz hələ bu ştammın özünü necə aparacağını, nələrə səbəb olacağını, diaqnostikası, müalicəsi, ağırlaşması, eyni zamanda vaksinə necə təsir edəcəyini bilmirik. Düşünürəm ki, yaxın 2 həftədə bu suallara cavablar olacaq. Hətta klassik kovid variantını aşkar edən PZR analizimiz bu ştammı aşkar etməyə yetəcəkmi?
Dünyanı narahat edən basilica məsələ bu ştammda əvvəlki Delta, Alfa, Qamma kovidlərində olmayan yüksək mutasiya sayıdır. Yeni variantda 50-dən çox mutasiya aşkar olunub. Bu mutasiyaların 30-u virusun spayk protetinlərində toplanıb. Bu nə deməkdir? Virus insan orqanizmində hüceyrələrə bu proteinlər vasitəsilə keçir. Proteinlərin sayı nə qədər çox olarsa, virusa sərhəd və maneə görmədən, demək olar ki, bütün hüceyrələrə daxib olub zədələməsi imkanı verir.
Biz 2 ildir bu virusla mübarizə aparırıq.
Təəssüf ki, biz bu virusu ram edə bilmirik, ümidim də artıq itmək üzrədir. Bir çox dövlətlərdə ikiqat vaksinasiya 70-80% olunub, amma yenə də yoluxma azalmır. Bugünkü yoluxma sayı hətta 1 il əvvəlkindən də yüksəkdir.
Virusun eyni bir cəmiyyətdə sirkulyasiyası bitmir. Bunların hamısının bir səbəbi var.
Virusun insandan insana keçərək zəifləməməsi, əksinə daha da dəyişməsi, güclənməsi baş verir.
Epidemiyanın, immunologiyanın qanunauyğunluğu budur. Virus bir insandan digərinə keçdikcə 10-cu insanda o artıq zəifləməlidir. Çünki hər orqanizm virusu qarşılayıb, onu müəyyən qədər əzib, sındırıb digərinə ötürür. 100-cü yoluxanda o adi qripə çevrilməliydi. İnsan immun sistemi virusa qarşı çarpışır. Bizdə isə tamam əksinədir. Bir ştammın öhdəsindən gəlməyə az qalmış yenisi və daha güclüsü çıxır.
Məndə belə bir şübhə yaranıb ki, sanki kimsə, qəsdən süni olaraq bu virusun üzərində işləyib, kənarda hazırlayır də hansısa ölkəyə aparıb yayır. Tam səmimi deyirəm, artıq koronavirusun təbii olmasına inamım itib. Baxmayaraq ki, pandemiyanın əvvəlində ayrı qənaətdə idim. Artıq şübhələr var ki, bu virus kənardan idarə olunur. Bundan sonra da epidemioloji vəziyyəti qəsdən gərginləşdiricəklər.
İndi çox ağıllı sistemlər, imkanlar var, hətta 1-2 il öncədən proqramı hazırlanır.
Ona görə də düşünmürəm ki, dünya 100 ilə də kovidin öhdəsindən gələ bilsin. Çünki kovid təbiətin, tibbin, immunologiyanın qanunlarının tam əksinə gedir. Artıq məndə qəribə ümidsizlik var”.
Paylaş:
Müəllif :
Fuad
Tarix:1-12-2021, 15:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01