Bu növ ödənişlər gəlir vergisindən azad edilir
Bu il sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir.
Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında”, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Belə ki, indiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib. Məcəllənin müvafiq maddəsinə hərbi qulluqçular sözlərindən sonra hakimlər sözü də əlavə edilib.
Deputat Vahid Əhmədov da son həyata keçirilən islahatlar fonunda məhkəmə hakimlərinin maaşının artırılmasını da təklif edib. O, qeyd edib ki, hakimlərin maaşının artırılması bu sahədə neqativ proseslərin də qarşısını alar: “ Həmçinin prokurorluq orqanlarının da maaşı artırılmalıdır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-06-2019, 13:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-06-2019, 13:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti