Abituriyentlərə şad xəbər - DİM-də yeni xidmət yaradıldı
Dövlət İmtahan Mərkəzində (DİM) psixoloji xidmət fəaliyyətə başlayıb.
Mərkəzdən verilən məlumata görə, bunun üçün 1653 çağrı mərkəzinə zəng vurub 2 düyməsini seçməklə psixoloqlarla əlaqə yaratmaq olar.
DİM-dən bildirilib ki, imtahanlar bir çox şəxs üçün stress və gərginliklə müşayiət olunur: "Çox vaxt sosial çevrənin təzyiqi altında imtahanların mənası təhrif olunur və gənclər və yeniyetmələr yanlış olaraq imtahanlara özlərinin bir şəxs kimi dəyərinin müəyyən olunması vasitəsi kimi baxırlar. Bu cür yanaşma imtahanlardan əvvəl lazımsız dərəcədə psixoloji gərginliyə, imtahan zamanı təlaşa, imtahandan sonra isə məyusluğa səbəb olur.
Bu tip hallarda düşüncələrin düzgün idarə edilməsi və sosial çevrə ilə münasibətlərin tənzimlənməsi imtahan verənlərin gərginliyinin azalmasına, diqqətin və hazırlığın səmərəsinin artmasına, imtahan nəticələrinin yüksəlməsinə və alınan nəticələrdən düzgün nəticələr çıxarılmasına töhfə verə bilər.
Dövlət İmtahan Mərkəzi yuxarıda qeyd olunanları nəzərə alaraq imtahan verənlərə dəstək vermək məqsədilə yeni layihəyə start verib. Layihə çərçivəsində psixoloji maarifləndirmə və dəstək xidməti verilir. İmtahanlarda iştirak edənlər imtahanlardan əvvəl, hazırlıq prosesində və imtahanlardan sonra 1653 qaynar xəttə zəng vuraraq 2 düyməsini basmaqla psixoloqlarla əlaqə yaradıb onlarla psixoloji xarakterli söhbətlər edə, öz qayğılarını paylaşa, eləcə də stressin və kənar təzyiqlərin idarə olunması, məqsədlərin aydınlaşdırılması və digər mövzularda məsləhətlər ala bilərlər".
Xidmət həftə içi hər gün (bayram günləri istisna olmaqla) saat 09:30-dan 17:30-a qədər fəaliyyət göstərir.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2019, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-06-2019, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11