Gürcüstan Ədliyyə Nazirliyi: Saakaşvili həbsxana nizamnaməsini pozub
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən etirazçıları həbsxana pəncərəsindən salamladığı üçün həbsxana nizamnaməsini pozub. "Report" xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin məlumatında deyilir.
"Bu gün Mixeil Saakaşvili duş qəbul etməyi xahiş etdi. Həbsxana işçiləri onu duş otağına apardılar. Onların duş otağına girməsi qadağan olunduğu üçün məhkumu dəhlizdə gözləyiblər. Saakaşvili isə bundan istifadə edərək duş otağının pəncərəsindən qurum qarşısında toplanan insanlara müraciət ünvanlayıb. Bununla da daxili nizamnaməni pozub", - məlumatda qeyd edilir.
Həbsxana əməkdaşları pozuntunun qarşısını dərhal alıblar. Xüsusi Penitensiar Xidməti siyasətçiyə buna görə hansı cəzanın veriləcəyini açıqlamayıb.
Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2021, 08:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-10-2021, 08:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti