Məktəblər bir-bir distant təhsilə keçir, yoluxma sayı artır - 5-ci dalğa XƏBƏRDARLIĞI
Vaksinasiya koronavirusla mübarizədə yeganə çıxış yolu sayılsa da, dünyada və ölkəmzidə virusla mübarizə aparmaq mümkünsüz kimi görünür. Xüsusilə ölkəmizlə qonşu olan ölkələrdə pandemiya tuğyan edir. Rusiyada COVİD-19-a yoluxma halı durmadan artır. Heç Gürcüstanda da vəziyyət ürəkaçan deyil. Belə ki, ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumata görə, ötən sutkada koronavirusa 2 479 yeni yoluxma faktı qeydə alınıb, 42 pasiyent vəfat edib.
Yazını hazırladığımız zaman Türkiyədə olan aktiv xəstə sayı 40 422 nəfər təşkil edib. Son 24 saat ərzində 186 nəfər dünyasını dəyişib. Dünyada isə koronavirusdan 4 914 154 xəstə ölüb, 218 718 467 nəfər sağalıb.
Azərbaycanda isə koronavirusa 1 896 nəfər yoluxub, 764 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. Göründüyü kimi, ölkəmizdə də yoluxma sayı artmaqda davam edir. Bununla bərabər payız fəslinin gəlişi ilə havaların soyuması mövsümi xəstəliklərin artmasına səbəb olub. Təbii ki, bu da cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Sual olunur ki, bu, beşinci dalğa-yəni pandemiyanın növbəti alovlanması sayıla bilərmi? Belə davam edərsə, yenidən ciddi qapanmaya ehtiyac yaranacaqmı?
Bu arada, ABŞ-ın xəstəliklərə nəzarət və önləmə mərkəzinin məlumatına görə, təkcə mart-sentyabr aylarında istifadə müddəti bitmiş 15 milyon COVİD peyvəndi tullantıya çevrilib. Dünyanın bir sıra ölkələrində isə milyonlarca insan vaksin çatışmazlığı ilə üzləşib.
Yeri gəlmişkən, paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasına keçib. BŞTİ-dən verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gu?n mu?ddətinə distant təhsillə əvəz olunub.
Habelə, Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarından olan 2 qrupda koronavirus aşkarlanıb.
Musavat.com “Report”a istinadən xəbər verir ki, həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib.
BDU-nun mətbuat katibi Günel Orucəliyeva faktı “Report”a təsdiqləyib.
***
Pandemiyanın lap əvvəlindən bu günə kimi sərt qapanmalara gedildi, amma karantin götürüldükdən sonra virus özünü daha ağır formada göstərdi. Hazırda vaksinasiya prosesi də sürətlə aparılır. Amma biz yoluxma sayı ilə bağlı iki rəqəmli statistika gözlədiyimiz zaman bu, daha da artıb 4 rəqəmliyə keçib. Bəs nə etməli?
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova “Yeni Müsavat”a son durumu belə şərh edib: “Hər nə qədər də əhalinin çox hissəsi tam iki doza vaksini vurdursa da, hazırda yaşadığımız fəsillə əlaqədar olaraq biz özümüz də virusların, yoluxmaların artmasını gözləyirdik. Burada nəinki yeni ştammların meydana çıxması, həmçinin əvvəlki ştammların da, pandemiyadan öncə gördüyümüz koronavirusların da yayılmasını gözləyirdik. Bu xəstəliklərin başlanğıcda oxşar simptomların olması, xəstələrin diaqnostikasının gecikməsinə və nəticədə bu pasiyentlərin bilmədən xəstəliyi ətrafa yaymasına səbəb olub. Belə ki, daha çox məktəblər və universitetlər arasında bu xəstəlik çox yüngül gedişlə müşahidə olunduğu üçün pasiyent özünü yüngül hiss etdikdən sonra yenidən məktəbinə, universitetinə davam etdiyi üçün özü də bilməyərəkdən bu xəstəliyi yaya bilər. Bu da xəstəliyin artmasına gətirib çıxara bilər. Həmçinin burada ictimai nəqliyyatdan kütləvi şəkildə istifadənin artması da xəstəliyin yayılmasında böyük rol oynayıb. Bir sözlə, mövsümi dəyişikliklər və sərt qadağaların ləğv olunması - hamısı birlikdə xəstəliyin yayılmasında rol oynayır. Buna baxmayaraq, vaksinasiya davam olunmalıdır. Çünki vaksinasiya bizi xəstəliyin ağırlaşmalarından qoruyur və vaksinasiya ilə yanaşı qorunma tədbirlərinə, xüsusən də ictimai yerlərdə ciddi riayət olunmalıdır. Bizi ancaq yoluxmadan maskadan istifadə, əl gigiyenası, sosial məsafə və qapalı məkanlardan az istifadə etmək qoruya bilər. Həmçinin nəzərə alaq ki, ölkəmizdə hazırda xarici ölkələrdən gəlib Azərbaycanda təhsil alan tələbələr var. Onlayn təhsil sistemi ləğv olunduğu üçün də bu tələbələrin əksəriyyəti universitetlərə geri qayıdıb və təbii ki, bu da yenə də müxtəlif xəstəliklərin, viral xəstəliklərin, üst tənəffüs yolu xəstəliklərinin yayılmasına gətirib çıxara bilər”.
İnfeksionist peyvəndlərin tullanması məsələsinə də münasibət bildirib: “Ümumiyyətlə, peyvəndlərin paylanmasına ”COVAX" şirkəti nəzarət edir, bərabər şəkildə paylanmasına nəzarət edir. Ancaq burada təbii ki, bəzi ölkələrin bilərəkdən, ya bilməyərəkdən vaksindən imtina etməsi də peyvəndlərin vaxtının bitməsinə səbəb oldu. Amma adətən vaxtının bitməsinə az qalmış bu vaksinlər digər ehtiyacı olan ölkələrə verilir. Orada istifadə edilir və buna nəzarət olunur. O ki qaldı beşinci dalğa olacaq deyə iddialara, xəstəliyin ani olaraq deyil, zaman-zaman yüksələcəyini öncədən də söyləyirdik. Qarşıdan gələn qış fəslini nəzərə alsaq, xəstəliyin bu fəsildə yüksəlib-enmələrini müşahidə edə bilərik. Amma yoluxmalarla yanaşı, vacib olan digər bir nüans ölüm hallarının hansı səviyyədə olacağıdır. Çünki əgər pasiyent mutasiyaya uğramamış koronaviruslara yoluxursa, bu, daha yüngül gedişli xəstəliklərlə müşahidə olunacaq. Amma mutasiyaya uğramış koronaviruslarda daha ağır gedişat müşahidə oluna bilər. Bu ağır gedişatların da qarşısını almaq üçün bizim yeganə yolumuz hazırda vaksinasiya qaydalarına və tələblərinə ciddi riayət etməkdir".
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus əleyhinə 25 462 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 500 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 194 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 151, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 281 təşkil edir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2021, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-10-2021, 11:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti