Ermənistanda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticəsi açıqlandı
Ermənistan Mərkəzi Seçki Komissiyası dünən ölkənin 9 rayonunda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticəsini açıqlayıb.
Ermənistan mətbuatı xəbər verir ki, seçkilərdə seçici fəallığı 33,23% olub.
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki müqavilə" partiyasından olan namizədlər Gümrü, Gorus və Meqri bələdiyyələrində keçirilən seçkilərdə rəqiblərindən daha az səs toplayıblar.
Ölkənin 2-ci ən böyük şəhəri olan Gümrüdə şəhərin meri Samvel Balasanyanın oğlu tərəfindən qurulan “Balasanyan bloku” adlı partiya ümumi səslərin 36,39%-ni əldə edərək qalib olub.
Hakim “Mülki müqavilə" partiyası isə Gümrüdə səslərin 29,42%-ni qazanıb.
Gorusda Paşinyanın namizədi rüşvət almaq ittihamı ilə həbs edilən hazırkı bələdiyyə başçısı Aruşa Aruşanyana məğlub olub. “Aruş Aruşanyan” bloku ümumi səslərin 60,28%-ni, iqtidarda olan “Mülki müqavilə" partiyası isə 34,31% səs toplayıb.
Ermənistanın İranla sərhəd bölgəsində yerləşən Meqri bələdiyyəsinə keçirilən seçkidə isə "Respublika" partiyası səslərin 41,84% -ni qazanıb. Hakim partiya 32,11% ilə ikinci sırda qərarlaşıb.
Ən yüksək seçici fəallığının olduğu Tatev bələdiyyəsində isə Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki müqavilə" partiyası 48,95% səslə qalib gəlib.
Teg bələdiyyəsində “Mülki müqavilə" partiyası 63,63%, müxalifətdə olan “Vətən” partiyası isə səslərin 34,17%-ni əldə edib.
Hakim partiya Dilican bələdiyyəsinə keçirilən seçkilərdə 56,78% səs qazanıb.
Qeyd edək ki, Ermənistanın Seçki Məcəlləsinə görə, proporsional sistem üzrə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə partiyalar üçün 4%, bloklar üçün isə 6% həddində baryer qoyulub. Seçkilərdən sonra Bələdiyyə Şurası üzvlərinin 50%-dən çoxuna sahib olan partiya və ya blok siyahısına başçılıq edən namizəd qanuna görə seçilmiş bələdiyyə başçısı hesab olunur. Siyasi qüvvələrdən heç biri mandatın 50%-dən çoxunu ala bilmirsə, partiyaların və ya blokların seçkiqabağı siyahılarına rəhbərlik etmiş namizədlər arasında açıq səsvermə aparılır. Ən çox səs toplayan namizəd bələdiyyə başçısı seçilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-10-2021, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-10-2021, 14:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti