"Dövlət Statistika Komitəsi iqtisad elminə şok yaşadır" - ETİRAZ
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560.2 milyon manat vəsait yönəlib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.7 faiz azdır. DSK bildirib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9.7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 8 faiz azalıb.
Komitədən verilən məlumata görə, hesabat dövründə istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5.2 faiz bahalaşıb. Bunun ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6, qeyri-ərzaq məhsulları üzrə 4.4, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 4.6 faiz təşkil etdiyi açıqlanıb. Sentyabrda bahalaşmanın əvvəlki aya nisbətən 1.8, əvvəlki ilin sentyabr ayı ilə müqayisədə isə 8.5 faiz təşkil etdiyi vurğulanıb.
Bunun əksinə, Azərbaycanda müstəqil iqtisadçılar hesabat dövründə inflyasiyanın ikirəqəmli olduğunu düşünürlər. Onların fikrincə, rəsmi məlumat reallıqdan çox uzaqdır.
DSK-nın yaydığı açıqlamada o da bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 62 milyard 877.4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bunun da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.8 faiz çox olduğu qeyd edilir. “İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.4 faiz, qeyri neft-qaz sektorunda isə 6.2 faiz artmışdır”, – açıqlamada deyilir.
DSK-nın açıqladığı statsitik rəqəmləri Pressklub.az-a şərh edən iqtisadçı ekspert Nemət Əliyev bildirib ki, dövlət qurumu bu açıqlaması ilə “iqtisad elminə şok yaşadır”. Onun sözlərinə görə, məmurların qeyri-ciddi açıqlamalarına rəsmi don geyindirən bu Komitə tələb-təklif qanununun dizini yerə gətirib: “Komitə bir yandan iddia ortaya qoyub ki, 2021-ci ilin yanvar-sentyabr dövründə iqtisadiyyat 4,8 faiz böyüyüb, digər yandan elan edir ki, elə həmin dövrdə ölkədə istehlak qiymətləri 5,2 faiz bahalaşıb. Tam şəkildə əhatə etməsə də, ərzaq, içki və tütün məmulatlarının 6 faiz, qeyri-ərzaq mallarının 4.4 faiz, ödənişli xidmətlərin isə 4.6 faiz artmasına dair ictimaiyyətə məlumat ötürüb. Axı bu, necə olur? Tələb-təklif qanununa görə, iqtisadiyyat həqiqətən də böyüyübsə, yəni istehsal artıbsa, bazarlara malların, iş və xidmətlərin təklifi çoxalıbsa, tələb göstəricisi zəifləməliydi. Tələb göstəricisinin zəifləməsi isə qiymətlərin ümumi səviyyəsinin artması ilə deyil, enməsi ilə müşayiət olunmalıydı”.
Ekspert xatırladır ki, istehlak bazarında qiymətlərin ümumi səviyyəsi həddən ziyadə qalxıb və bu, təkzibolunmaz faktdır. O vurğulayıb ki, bu fakt isə özlüyündə malların, iş və xidmətlərin istehsalına artırıcı deyil, azaldıcı təsir göstərməliydi: “DSK-nın rəsmi açıqlamalarından belə məlum olur ki, ölkədə həm tələb kəskin artıb, həm də təklif. Bu isə absurddur”.
Bəs real vəziyyət necədir? N. Əliyev qeyd edir ki, ölkədə yüksək bahalaşama inkarolunmazdır və bu göstəricinin ikirəqəmli olmasını gizlətmək mümkün deyil: “Bu gerçəklik təklif göstəricisinin, yəni istehsalın hələ də aşağı səviyyədə olmasından xəbər verir. Yox, əgər istehsal çoxalsaydı, bu özünü qiymətlərin enməsində mütləq göstərməliydi, lakin əksi yaşanıb. Odur ki, ÜDM-in 4,8% artması haqqında açıqlanan məlumat real deyil və çox şübhəlidir”.
İqtisadçı əlavə edir ki, ölkə iqtisadiyyatının bu dərəcədə böyümədiyini inkar edən başqa göstəricilər də var. “Əvvala, əsas kapitala yatırımlar 8,7 faiz azalıb. Əgər DSK-nın iddia etdiyi kimi ölkədə bahalaşma istehsalın artması ilə müşayiət olunsaydı, o zaman sahibkarlar daha çox qazanmaq naminə iqtisadiyyata investisiyaları dərhal artırardılar. Lakin bu göstərici nəinki artmayıb, əksinə 9 faizə yaxın azalıb. İkincisi, nəqliyyat sektorunda yükdaşımaların səviyyəsi artmayıb, demək olar ki, yerində sayıb. ÜDM 4,8% artsaydı, o zaman artan hissə mütləq alqı-satqı mərhələsinə daxil olmalı, bunun üçün də nəqliyyat sektorundan keçməliydi və bu hesaba da ötən ilə nəzərən bu il yükdaşımalar artmalıydı. Lakin bu hal da baş verməyib. Yanvar-avqust dövründə yükdaşımalar hətta 1,4 faiz azalıb. Üçüncüsü, əməkhaqları, pensiya və müavinətlər, adambaşına düşən pul gəlirlərinin səviyyəsi bu ilin yanavar-sentyabr dövründə diqqət çəkən dərəcədə artmayıb. Nəinki, artmayıb, hətta ötən il mart ayının sonuna olan vəziyyətlə müqayisədə orta aylıq əməkhaqqı göstəricisi 19 manata -3 faizə yaxın azalıb. Deməli, ötən dövrdə əhalinin xərcləmək, daha böyük həcmdə alış-veriş həyata keçirmək imkanları da təsirli dərəcədə artmayıb”, – deyə ekspert vurğulayıb.
Beləliklə, Nemət Əliyev DSK-nın ölkədə ÜDM-in artması haqqında yaydığı statistik məlumatların əsaslı olmadığını qeyd edib. //PRESSKLUB.AZ//
Paylaş:
Müəllif : Fuad
Tarix:18-10-2021, 08:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-10-2021, 08:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01