DTX-nın son 1 ildə başqa istiqamətlərdə də böyük uğurları var... - sadəcə, məxfilik baxımından açıqlanmır
Dövlət Təhlükəsizliyi Xidməti (DTX)Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir. Bir neçə gün əvvəl həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Aydın Zəki oğlu Zəkiyevin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb. İstintaq zamanı məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə öturüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib. Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.
Deputat, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, təhlükəsizlik orqanları üzərlərinə düşən vəzifəni uğurla həyata keçirməkdədirlər: “Müharibənin hərbi fazası bitib. Hazırda informasiya, diplomatiya səviyyəsində müharibənin içindəyik. Diasporamız xaricdə maraqlarımızın davasını aparır. Bugünkü dünyada informasiyaya sahib olan qalibdir. Bu gün isə dünya informasiya ilə idarə olunur, informasiya ilə dünyanın təhlükəsizliyi qorunur, ona görə də böyük dövlətlərin hələ yalnız kəşfiyyata ayırdığı illik vəsait on milyardlarla hesablanır. Xüsusi xidmət orqanları istənilən dövlətin əsas sütunlarından biridir. DTX daha çox əks-kəşfiyyat fəaliyyəti ilə məşğuldur, amma dövlətin təhlükəsizliyi geniş anlamdadır, yalnız xarici kəşfiyyata qarşı görülən əməliyyat tədbirləri ilə məhdudlaşmır. Terrorla mübarizə, kütləvi etiraza səbəb ola biləcək fəaliyyət, həyati vacib obyektlərin qorunması, iqtisadi təhlükəsizlik, səhiyyə, təhsil təhlükəsizliyi, ekoloji təhlükəsizlik, vəzifəli şəxslərin tutduğu mövqedən sui-istifadə hallarına yol verməsi və sairə. 1970-ci il təvəllüdlü Aydın Zəki oğlu Zəkiyevin düşmənə casusluq etməsinin təsbiti, həbsi, əlbəttə ki, uğurlu əməliyyatdır. DTX-nın həyata keçirdiyi əməliyyatların çox cüzi bir hissəsi geniş ictimaiyyətə bəlli olur. Daha çox tamamlanmış işlər üzrə məlumat verilir. Bir daha qeyd edirəm ki, DTX-nın son 1 ildə başqa istiqamətlərdə də böyük uğurları var, sadəcə, məxfilik baxımından açıqlanmır. Amma bütün istiqamətlər üzrə xüsusi xidmət orqanlarımız fəaliyyətini fasiləsiz olaraq davam etdirir. 44 günlük müharibədən öncə də əks-kəşfiyyat tədbirlərini həyata keçirirdik. Əməliyyat şəraitinə nəzarət olunması üçün Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti öz işlərini görməkdədirlər. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq işi ilə məşğul olan şəxslərə, dini radikal, hərbi qruplaşmalara qarşı tədbirlər görülür. Əməliyyat şəraiti tam nəzarət altındadır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-10-2021, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-10-2021, 09:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11