Prokuror: “Saakaşvilinin Ukraynaya ekstradisiyası...“
"Gürcüstan qiyabi mühakimə olunmuş Mixeil Saakaşvilini Ukraynaya təhvil vermək niyyətində deyil".
Bunu Gürcüstan Baş nazirin müavini Teya Sulukiani keçirdiyi brifinqdə bildirib.
Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Bundan əvvəl eks-prezident oktyabr ayında bələdiyyə seçkilərli ərəfəsində vətəninə qayıtmaq niyyətində olduğunu bildirmişdi.
Ölkə rəsmiləri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər.
Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığı var. Lakin prokuror Carci Siklauri keçmiş prezidenti Ukraynaya təhvil vermək məsələsinə baxılmadığını bildirib:
"Ekstradisiya o ölkədə cinayət işi açıldığı təqdirdə ola bilər. Əgər Saakaşvilinin Ukrayna ərazisində həbsdə olması üçün Ukraynaya təxliyəsindən danışırıqsa, ona Gürcüstanda verilən həbs cəzasına görə Ukrayna həbsxanasında saxlanılmasına dair heç bir arzumuz yoxdur".
Prokurorun sözlərinə görə, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi absurddur.
Xatırladaq ki, eks-prezident bankir Sandro Girqvlianinin öldürülməsinə və müavini Valeri Gelaşvilinin döyülməsinə görə qiyabi olaraq məhkum edilib.
Birinci halda, o, 3 il, ikincisində 6 il həbs cəzasına məhkum edilib.
Bundan əlavə, Saakaşvili 7 noyabr 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması, "İmedi" telekanalının talanı və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində ittihamlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-10-2021, 14:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-10-2021, 14:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti