Qrip çox aqressiv bir şəkildə geri dönür - XƏBƏRDARLIQ
Dünya koronavirus və müxtəlif ştamları ilə çarpışdığı bir vaxtda Qida və Dərman İdarəsi (FDA) sabiq komissarı doktor Scott Gottlieb həyəcanlı açıqlama ilə çıxış edib. Sabiq komissar “ötən il qrip mövsümü görmədik. Ən azı bir və bəlkə də iki ildir əhaliyə immunitet qazandıra bilmədiyimiz üçün bizi gözləyən fəlakət artıq qapıdadır. Qrip çox aqressiv bir şəkildə geri dönəcək. Koronavirusla qripə eyni vaxtda yoluxmaya verilən ad - “Twindemic” son zamanlar elm dünyasının ən böyük qorxularından birinə çevrilib”, söyləyib.
Ötən ilə nisbətən bu il qrip xəstəliyinin daha çox yayılacağına dair Ümumdünya Səhiyyə Təşkilatının da bir açıqlaması var. ÜST qorunmaq üçün qrip peyvəndinin vurulmasını da təklif edir. Peyvənd sözünü eşidəndə insanların hansı reaksiyanı verəcəyi isə məlumdur: COVİD peyvəndindən qurtulmamış, indi də qrip peyvəndi?! Qrip “pandemiyası” ilə bağlı proqnoz nə dərəcədə həqiqətə uyğundur? “Şərq” “Hürriyyet.com”a istinadən xəbər verir ki, Türkiyə həkimləri məsələyə aydınlıq gətirməyə çalışıb. Yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis, dosent doktor Nafiz Koçak koronavirus peyvəndinin qripdən, qrip peyvəndinin də koronavirusdan qorumadığını bildirib:
- Havaların soyuması ilə qrip mövsümü də başlayıb. Qripə yoluxma sayında hiss edilən artım var. Bəzən hesab edirlər ki, koronavirusa qarşı peyvənd olmuşam, qripi yüngül keçirərəm. Belə deyil. Koronavirus peyvəndi qripdən qorumur. Mövsüm dəyişikliyi nəzərə alınmaqla xüsusilə yaşı 65-dən yuxarı olanların, xroniki xəstələrin qrip peyvəndi vurdurması məsləhətdir. Koronavirusa yoluxmuş insanın, üstəlik, qripə və ya tərsinə yoluxması mümkündür. Bunun üçün də koronavirus və qripə qarşı da peyvənd olunmaq təklif edilir. Bununla ağırlaşmaların qarşısını almaq olar.
Nafiz Koçak qrip mövsümünün başlanma zamanını göstərib:
- Mövsümi qrip xəstəliyi adətən oktyabr ayından mart ayı sonları və aprelə qədər davam edir. Bu dönəmdə insanlar qrip kimi olduqca yoluxucu xəstəliyə tutula bilər.
Qriplə koronavirus əlamətləri təxminən eyni olduğundan onları ayırd etmək üçün müəyyən zamana ehtiyac var. Bu da bəzən insanların müalicəyə gec başlamasına və ağırlaşma hallarına səbəb olur. Qrip və ya koronavirus əlamətləri baş verdikdə, ən doğru yol xəstəliyin qarşısını almaq üçün müalicə terapiyasına başlamaqdır. Lakin mütləq həkimlə məsləhətləşdikdən sonra.
Bəs qrip əleyhinə peyvənd koronavirus peyvəndi ilə eyni zamanda vurula bilərmi? Mütəxəssis bildirib ki, bunların ikisi də inaktiv peyvəndlərdir. Eyni gündə və ya 1-2 gün aralıqla da vurula bilər. Lakin peyvənddən sonra yan təsirlərin hansına aid olduğunu müəyyənləşdirmək baxımından peyvəndlərin 14 gün aralıqla vurulması məsləhətdir.
Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd edib ki, qrip peyvəndinin vurulması məsləhətdir:
- Xüsusən tibb işçiləri və əhalinin aktiv təbəqəsinə vurulmasında xeyir var. 2019-cu ildə Azərbaycanda tibb işçiləri qrip əleyhinə peyvənd olundu. Qrip xəstəliyinə kimsə dırnaqarası baxmasın. Qrip ən ağır keçirilən xəstəliklərdəndi. Koronavirus infeksiyası ilə qripin üst-üstə düşməsi heç arzuolunan deyil. Bu, xəstənin daha da ağırlaşmasına və çətin sağalmasına səbəb ola bilər.
M.Əliyev qeyd etdi ki, qrip peyvəndi rütin peyvəndlər sırasına aid deyil, lakin vurdurulması tövsiyə edilir:
- Rütin peyvəndlər vacib olanlardır. Məsələn, körpələrə hansı peyvəndlərin vurulmalı olduğu milli immunizasiya proqramı ilə müəyyənləşir. Hansı ayda hansı peyvənd vurulur, dəqiqliklə göstərilir. Deyək ki, Hepatit A, su çiçəyi, qızılca, göy öskürək, məxmərək, meningit, difteriya, tetanus, pnevmokok pnevmaniyası... bunlar vacib peyvəndlərdir. Amma təhlükələri minimuma endirmək baxımından körpələrə 6 ayından sonra qrip peyvəndi də vurula bilər. Ümumiyyətlə, kim istəyirsə, qrip peyvvəndi vurdura bilər. Bu, könüllüdür.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2021, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2021, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11