Azərbaycanda istehsal olunan kərə yağı haqda sensasion iddialar
"Hazırda ən böyük problemlərdən biri kərə yağı adı altında əslində, içərisində spred yağ qarışı olan yağların satılmasıdır. Bu, insan səhhəti üçün zərərli olmasa da hiyləgərlikdir. Bilirik ki, kərə yağı heyvansal yağdır, heyvan südündən hazırlanır. Amma onun içinə bitkisəl yağ qarışdıraraq (Spred) kərə yağı adı altında işbazlıq edərək, marketinq oyunu oynayaraq satırlar”.
regionxeberlericom.az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a qida təminatımızda böyük yer tutan yağların insan orqanizminə zərərindən danışarkən qida mühəndisi İsa Əliyev deyib. O, bildirib ki, Azərbaycanda kiloqramı 4-5 manata olan kərə yağı görmək mümkündür:
"Təbii ki, bunlar kərə yağı deyil. Bəzən sosial şəbəkələrdə istehlakçıların yerləşdirdiyi fərqli video materiallar görürsüz. Görünür ki, yağı əridiblər, əriyəndən sonra mənşəyi bəlli olmayan fərqli cür bir hal alır. Sanki plastik əritmisiz. Bu da sırf kütlə artırmaq, həcm vermək üçün yağla heç bir əlaqəsi olmayan başqa ingridentləri içinə əlavə edərək əmələ gətirdikləri məhsuldur. Bunlar birbaşa insan səhhəti üçün zərərlidir. Əgər yağınız problemlidirsə, böyük ehtimal sizdə ürək-damar xəstəlikləri əmələ gələcək. Ona görə yağlar çox vacibdir. Azərbaycanda da təəssüflər olsun ki, belə problemlər var. Bəzən yağın alınmasında palma yağı və yaxud hidrogen bondları zəif olan başqa bitkisəl yağlardan istifadə olunur”.
Mühəndisin sözlərinə görə, yağın içərisinə təbii aromatizatorlar, rəngləndiricilər vurularaq onu günəbaxan və ya qarğıdalı yağı kimi sata bilirlər:
"Bu da problemdir. Hidrogen birləşmələri -bondları yağlarda güclüdürsə, həmin yağ keyfiyyətli hesab olunur. Bir neçə il əvvəl mən Azərbaycanda tanınmış markanın bir məhsulunu Hollandiyadakı laboratoriyaya göndərdim. Mənim əsas qorxum yağın içərisində xərçəng xəstəliyi əmələ gətirən trans yağının mövcud olub olmaması ilə bağlı idi. Cavab gəldi. Düzdür, tərkibində trans yağ çıxmadı, amma Azərbaycanda həmin vaxt ən çox satılan, xüsusən istehsalat sənayesində istehsal olunan həmin yağın keyfiyyəti çox-çox aşağı çıxmışdı”.
İ. Əliyev bu dəqiqə Azərbaycandakı ən böyük qorxunun bu olduğunu vurğulayıb:
"Yağın içində trans yağ bir faizədək olduqda çox böyük problem deyil. Çünki Avropadakı yağlarda da üzərinə yazılır ki, 1%-dək trans yağ ola bilər. Amma Azərbaycanda yağların üzərində belə bir şey yazılmır. Amma bu, şərt olmalı, yazılmalıdır. Məsələn, məhsulların üzərində GDO yoxdur, amma geni dəyişdirilmiş (GDO) olması yazılmalıdır. Bir çox hallarda bunlara rast gəlmirsiz, amma buna diqqət olunmalıdır. Hətta yazılmadıqda həmin firmalar cərimələnməlidir”.
Mühəndis deyib ki, gündəlik həyatımızda istifadə etdiyimiz yağların nə dərəcədə təbii olduğunu yoxlamaq çox çətindir:
"Gözlə görülə bilən, qoxuyla bilinəcək bir şey deyil. Çünki qida mühəndisləri belə uzaqdan baxanda bunu görə bilmirlər. Burada o qalır ki, insan güvəndiyi bildiyi bir məhsula üz tutsa daha yaxşı olar. Azərbaycanda yaxşı yağ istehsal edən firma var. Türkiyədə belə bir sınaq var. Türkiyə Qida Təhlükəsizliyi Agentliyi ani reydlər keçirərək marketlərdən məsullar toplayır və onları analizə göndərir. Analiz nəticələrini də ictimaiyyətlə bölüşür. İstənilən brendin məhsulunda problem çıxırsa, bunu ictimaiyyətə bildirir, həmin firmaya da cəzasını kəsir. Bu, çox gözəl haldır.
Bizdə Qida Təhlükəsizliyi Agentliyindən mənə bildirdilər ki, onlar da bu cür yoxlamalar edəcəklər. Bunu davamlı və şəffaf şəkildə eləsələr təbii ki, istehsalçılar bundan qorxacaq və məhsullarını daha doğru çıxaracaqlar. Eyni zamanda istehlakçılar da hansı məhsuldan istifadə edə biləcəklərini öyrənəcəklər. Yoxsa, bir şeyi ki gözlə görmək mümkün deyil, çətin məsələdir. Ancaq laboratoriya şəraitində analizlə üzə çıxarmaq olar”.
Xatırladaq ki, bir neçə gün əvvəl "Hürriyyət” qəzeti "Azərsun Holding"in istehsal etdiyi yağlarla bağlı sensasion məlumat yayıb. Xəbərdə bildirilir ki, ucuz başa gəldiyi üçün şirkət hazır yeməklərin, yarımfabrikatların və digər qida məhsullarının hazırlanmasında insan orqanizmi üçün zərərli olan palma yağından geniş istifadə edir: "Palma yağının zərərləri ilə bağlı alimlər ilk dəfə olaraq 1960-cı ildə həyəcan siqnalı çalıblar. Onlar hətta bu yağın müxtəlif ürək xəstəliklərinə səbəb olduğunu da bəyan ediblər. Bu istiqamətdə aparılan araşdırmaların nəticəsində bəlli olub ki, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.
Ümumdünya Səhiyyə Təşkilatının bir müddət öncə hazırlanmış hesabatından da görünür ki, bütün bunları nəzərə alan ekspertlər palma yağı sənayesinə münasibəti dəyişməyi məsləhət görürlər.
Ümumiyyətlə, təşkilatın mütəxəssisləri tərəfindən aparılmış təhlil zamanı palma yağının işemik ürək xəstəliklərinin artmasına səbəb olduğu müəyyən edilib. Onu da vurğulamaq lazımdır ki, palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər”.
Həmçinin iddia olunur ki, Bakı Neft Emalı Zavodundan tonlarla yağ "Azərsun Holding"in H.Z.Tağıyev (Nasosnu) qəsəbəsində yerləşən bazasına daşınır: "İddialara görə, holdinq zavoddan əldə etdiyi yağlardan bitki yağlarının hazırlanmasında istifadə edir. Əgər "Azərsun Holding" həqiqətən də Bakı Neft Emalı Zavodundan aldığı yağları bitki yağlarının hazırlanmasında istifadə edirsə, o zaman bu, birbaşa cinayət əməli, ölkənin qida təhlükəsizliyinə vurulan ağır zərbə kimi qiymətləndirilməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-06-2019, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-06-2019, 16:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01