Adsız qəhrəmanlar: müharibə veteranlarına status niyə verilmir? - ARAŞDIRMA
Vətən Müharibəsinin başlanmasından bir il ötdü. Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı Azərbaycanın əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən müharibə zamanı ölkəmiz 2907 nəfər şəhid verib, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.
Ötən bir ildə dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə dəstək məqsədilə əsaslı addımlar atılıb. Onların həyat şəraitinin yaxşılaşması üçün müvafiq ödənişlər edilib, ailələr mənzillərlə, avtomobillərlə təmin edilib.
Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 773 nəfər (o cümlədən 133 şəhid ailəsi üzvü və 640 müharibə iştirakçısı) işlə təmin olunub.
Ancaq Vətən müharibəsində iştirak edən şəxslərə hələ də veteran statusu verilməyib.
Qeyd edək ki, 2021-ci il yanvarın 30-da Baş nazir Əli Əsədov Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə qərar imzalayıb. Komissiyanın sədri Baş nazirinin birinci müavini Yaqub Eyyubov olub.
2021-ci il aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qərar verib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Mövzu ilə bağlı olaraq Pressklub.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid deyil:
“Müharibə veteranı adı və müvafiq vəsiqə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq komissiyaların rəyinə əsasən verilir. Veteran statusu verildikdən sonra nazirlik tərəfindən müvafiq təqaüd təyin olunur”.
***
Pressklub.az məsələni Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovla da müzakirə edib.
Deputat bildirib ki, şəhid ailələrinin və veteranların sosial baxımdan dəstəklənməsi bütövlükdə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir:
“Yeni qəbul edilmiş qaydalara əsasən, veteranlarla bağlı elektron baza yaradılır. Bunun yaradılmasında məqsəd istər I, istərsə də II Qarabağ Müharibəsində iştirak edən müharibə veteranlarının adlarının elektron bazada yerləşdirilməsidir. Hər iki Qarabağ müharibəsi iştirakçısı olan veteranların sayının dəqiqləşdirilməsi, bununla bağlı bütövlükdə bazanın təkmilləşdirilməsi və sistemləşdirilməsi ilə bağlı işlər intensiv həyata keçirilir.
Elektron baza tam formalaşdıqdan sonra veteranların sosial təminatının daha da yaxşılaşdırılması ilə bağlı sistemli qərarların qəbul edəcəyi gözlənilir”.
***
“Veteranlar haqqında” Qanun bir qədər köhnəlib və ona əsaslı, ciddi dəyişikliklər etmək lazımdır”
Bu sözləri isə Pressklub.az-a Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib. O bildirib ki, sözügedən qanunda “silahlı qüvvələr veteranı”, “müharibə veteranı” kimi fərqli anlayışlar mövcuddur:
“Bunlar təkmilləşdirilməli və bir qədər də təsnifatlaşdırılmalıdır. Fikrimcə, bununla bağlı 2021-ci ildə edilən əlavə və dəyişikliklər kifayət deyil.
Məsələn, bir şəxs səfərbər olunsa da bilavasitə döyüş əməliyyatlarında iştirak etməyib və əməliyyatlar zonasına daxil olmayıb. Amma döyüş əməliyyatı zonasına təhlükəli dərəcədə yaxın ərazilərdə olub. Bu zaman onun statusu necə müəyyən edilməlidir? Bununla bağlı sözügedən qanunda məlumat yoxdur.
Ümumiyyətlə, döyüş əməliyyatı zonası haqqında da qanun yoxdur. Bu səbəbdən də sözügedən zonanın haralar olması bilinmir. Halbuki, döyüş əməliyyatlarında iştirak etməyənlər sırasından da itkilərin olması labüddür”.
Hüquq müdafiəçisi qeyd edib ki, müharibə veteranı statusunun kimlərə verilib-verilməməsi üçün dəqiq müəyyənləşdirilmələr aparılmalıdır:
“Məsələn, bir qoşun birləşməsi döyüşüb, itkilər verib, ərazini işğaldan azad etdikdən sonra yenidən hücuma keçir. Azad olunan ərazidə mövqelərin möhkəmləndirilməsi ilə başqa qüvvələr məşğul olur. Yəni azad edilmiş ərazilərin müdafiəsinə onlar cavabdeh olur və həmin yerdə onlar döyüş şəraitində olurlar, amma bilavasitə döyüşlər həyata keçirmirlər. Bəs, sözügedən yerlərdə yerləşdirilən şəxslərə hansı status verilməlidir? Mənə qalsa, onlara da müharibə veteranı adı verilməlidir. Amma qanunvericilik başqa şəkildə yanaşa bilər. Biri deyə bilər ki, bu düzgün deyil, çünki onlar bilavasitə müharibə iştirakçısı olmayıblar”.
S.Məmmədov əlavə edib ki, ədalətli qərarın verilməsi üçün ilk olaraq qanunvericilik dəyişdirilməlidir:
“Eyni zamanda, səfərbər olunan hər kəsin müharibədəki rolu müəyyənləşdirilməli, haralarda olmaları sənədləşdirilib ortaya çıxarılmalıdır.
Bununla bağlı qanunvericilik isə hansısa idarədə hazırlanmalı deyil. Bu qərarlar geniş ictimai müzakirələrdən keçməli, qazilərin, şəhid ailələrinin, hüquqşünasların, müvafiq QHT-lərin və digər maraqlı tərəflərin iştirakı ilə tərtib olunmalıdır.
1990-cı illərdə adamlar var idi ki, övladları müharibədə iştirak etməsə də, onların adını hərbi hissəyə yazdırmışdılar. İndi onların ciblərində müharibə veteranı vəsiqəsi var. Amma könüllü birləşmələrdə və döyüş əməliyyatlarında qısa müddətdə olsa da iştirak edən şəxslər barədə məlumatlar hərbi hissələrdə, arxivlərdə yer almadığı üçün onların indi müharibə veteranı adları yoxdur. Əvvəllər də bu mövzuda cavabsız suallar, çatışmazlıqlar mövcud idi”.
Hüquq müdafiəçisi veteranlara status verilməsi ilə bağlı məsələyə sürətli baxmağın vacibliyini qeyd edib:
“Düşünürəm ki, döyüş əməliyyatlarında iştirak edən şəxslər yaralanmasa da, unudulmalı deyil. Onların əksəriyyətinə orden və medallar verilsə də, veteran adı onların haqqıdır. Çünki onların hər biri qəhrəmandır”.
***
Hərbi ekspert Telman Əbilov da mövzu ilə bağlı Pressklub.az-a danışıb. O, düşünür ki, veteranlara status verilməsi ilə bağlı məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uzadılır:
“Hər keçən ayı özlərinə qənimət kimi bilirlər, çünki ödənişlərin verilməsini onlar təmin etməlidirlər. Sözügedən məsələ ilə bağlı QHT-lərin, başqa aidiyyəti təşkilatların da fəaliyyəti çox zəifdir. Onlar heç bir təşəbbüs göstərmirlər”.
T.Əbilov əlavə edib ki, qanuna görə, hərbi əməliyyatlarda iştirak edən qulluqçulara veteran statusu verilməlidir:
“Hərbi hissə döyüş tapşırığını yerinə yetirmək üçün əmr alıbsa, orada olan hər kəs müharibə veteranı sayılmalıdır. Məndə olan məlumatlara görə, veteranlara status verilməsi ilə bağlı müharibə iştirakçılarının fərdi müraciətləri çox olub. Onlara bildiriblər ki, 8 noyabr Zəfər günündə böyük tədbir olacaq və veteranlara status verilməsi ilə bağlı yekun qərar veriləcək. Qərar çıxdığı aydan sonra isə onlara ödənişlər veriləcək.
Bundan başqa, bildiyimə görə, müharibə veteranı adı alan şəxslərin sayı da məhdudlaşdırılacaq. İndi istəyirlər ki, bilavasitə döyüş əməliyyatlarında iştirak edən şəxslərə status verilsin. Veteran statusu ilə indiyədək məhkəmələr, çəkişmələr, şikayətlər çox olub. Hazırda da bununla bağlı problemlər qalıb.
Məsələn, döyüş vaxtı qərargaha hücum olub və ora tamamilə məhv olub. Qərargahın sənədləri isə arxivlərə verilməyib. Ona görə də veteran statusu verilməyib. Belə misallar çoxdur. Hazırda haqqı olan yüzlərlə hərbi qulluqçu veteran statusu almayıb.
Düşünürəm ki, sözügedən məsələyə ciddi baxılmalı və ortada olan problemlər həll edilməlidir”.
***
Maraqlıdır, bəs, kimlər müharibə veteranı hesab edilir? Müharibə veteranının hansı sosial təminat hüququ var və bu hüquq nə vaxtdan yaranır?
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında bildirilib ki, 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.
Şəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.
Sözügedən vəsiqə isə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir və sözügedən hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır.
Müharibə veteranları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunurlar. Onların haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur.
Bunlarla yanaşı müharibə veteranlarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-09-2021, 08:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-09-2021, 08:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti