Magistratura oxumağın hansı üstünlükləri var? - “İşə qəbul prosesində...“
Ali məktəblərin sonuncu kurs tələbələri magistratura oxumağa qərar verməkdə çətinlik çəkirlər. Tələbələr çox vaxt magistraturanın hansı üstünlüyü olduğunu bilmirlər.
Əslində, magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanıdır. Hətta bakalavrda yarımçıq öyrənilən biliyin magistr təhsili zamanı möhkəmləndirmək şansı var.
Maraqldır, magistratura oxumağın hansı üstünlükləri var?
Magistratura təhsili almayan şəxs kollec və universitetlərdə pedaqoq kimi fəaliyyət göstərə bilərmi?
Təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlamasında magistratura təhsilinin xüsusi bir üstünlüyü olmadığını bildirib:
“Bakalavrdan fərqli olaraq magistratura təhsilin növbəti pilləsidir. Düzdür, dünya ölkələrində elmi dərəcə hesab edilsə də, Azərbaycanda magistratura hələ ki, yalnız təhsilin yuxarı pilləsi sayılır. Yalnız işə qəbul prosesində iki şəxs arasında fərqləndirici xüsusiyyət kimi nəzərə alınır. Kimin magistratura təhsili varsa, üstünlük ona verilir. Əmək Məcəlləsində əmək haqqının hesablanması zamanı əgər həmin şəxs magistraturanı qırmızı diplomla bitiribsə, o, bir pillə önə çəkilir, 3 illik staji olan şəxs kimi nəzərə alınır.
Digər hər hansı bir üstünlüyü yoxdur. Təbii ki, işə qəbul prosesində yalnız işə götürənin elan etdiyi şərtlərdən biri kimi magistratura təhsili olan şəxslərə üstünlük verilir. Bu zaman üstünlüyə malik olur. Elmi-tədqiqat işləri ilə məşğul olmaq üçün magistratura pilləsini bitirmək ona şans verir. Digər tərəfdən hansısa bir üstünlüyü, xüsusi hal kimi nəzərə alınmır”.
Ekspertin sözlərinə görə, azərbaycanlı gənclər daha çox bilik və informasiya əldə etmək üçün xaricə üz tuturlar:
“Gənclərimiz ona görə, xaricə gedirlər ki, bizdə magisturatura pilləsində daha çox bakalavr pilləsində keçirilən mövzular, fənlər, eyni vəsaitlər tədris edilir. Halbuki Avropa və Amerika ölkələrində daha çox praktiki məsələlər öyrədilir. Bizə isə ancaq nəzəri biliklər çatdırlır. Xaricdə gənclərə əmək bazarında lazım olan bilik və bacarıqlar çatdırılır. Ona görə də azərbaycanlı gənclər xarici ölkəyə gedirlər ki, daha çox informasiya əldə etsinlər, bilik və bacarıqlara yiyələnə bilsinlər”.
K.Əsədov qeyd edib ki, elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq üçün magistraturanı bitirmək zəruridir:
“Ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün mütləq şəkildə magistratura təhsili olmalıdır. Magistratura bitirməyən şəxs kollecdə müəllim kimi yox, yardımçı və texniki işçi kimi çalışa bilər. Əmək Məcəlləsinə görə, bakalavr təhsili olan şəxslər idarəetmə strukturunda işləyə bilərlər. Amma elmi-pedaqoji fəaliyyətlə, təhsilin ali və orta ixtisas pilləsi üzrə məşğul olmaq üçün magistratura pilləsini bitirmək zəruridir. Düzdür, bəzi hallarda əvəzedici və saat hesabı müəllim fonunda mütəxəssis kimi cəlb edilə bilərlər. Rəhbər heyət olmaq üçün magistraturanı bitirmək mütləqdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-09-2021, 13:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-09-2021, 13:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11