Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi
Azərbaycanlı biznesmen, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun doğma qardaşı onu məhkəməyə verib və dələduzluqda ittiham edir. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Mübariz Mənsimovun qardaşı Maarif Mənsimov tərəfindən İstanbul Cümhuriyyət Prokurorluğuna təqdim edilən şikayət ərizəsində “Palmali” şirkətinin rəhbərliyində yer alan Nuray N.P.-nin də adı keçir. Şikayət ərizəsinə əsasən Mübariz Mənsimov və Nuray N.P. etibardan sui-istifadə etməkdə, dələduzluqda günahlandırılır. Qardaşı ərizəsində yazır ki, Mübariz Mənsimov “ictimaiyyətə də bəlli olan çirkli əlaqələrin içərisinə girib, ehtiyac olmadığı halda dövlət adamları ilə yaxın münasibətləri olduğunu deyərək iş dünyasının təmsilçilərini və bankirləri aldatmağa çalışıb”. Bu haqda “Doğan” xəbər agentliyinin (DHA) məlumatında deyilir.
Maarif Mənsimov ərizəsində göstərir ki, 2018-ci ilə qədər “Palmali” qrupunun rəhbərliyində təmsil olunub, şirkətdə gəmiçilik və daşımaçılıq fəaliyyətlərini idarə edib. Və qardaşının çirkli əlaqələrinə, birlikdə iş qurduğu adamları aldatmasına etiraz edərək şirkətdəki bütün vəzifələrindən istefa verib.
Maarif Mənsimov göstərir ki, Mübariz Mənsimov dələduzluq yolu ilə bir gəmini üç ayrı adama satıb, sələmçilərlə və mafiya ilə yaxın əlaqələr qurub . Habelə erməni əsilli mafiya lideri Levon Termencyan və çirkli pulların yuyulmasına görə ABŞ tərəfindən axtarılan, Avstriyada bu yaxınlarda həbs olunan Sezgin Baran Korkmaz kimi şəxslərlə yaxın işbirliyi içərisində olub. Mübariz Mənsimov (Qurbanoğlu) habelə Rusiyanın “Sberbank” bankı, “Lukoil” şirkəti kimi xarici şirkətləri, o cümlədən yerli şirkətlərin zərərlə üzləşməsinə səbəb olan saxtakarlıqlar edib.
“Etdiyi qanunsuzluqlar və ilk növbədə dövlətə, cəmiyyətə zərər verən bu insanların layiqli cəzalarını alması üçün bu şikayət ərizəsini verməyə məcburam”,-Maarif Mənsimov yazır.
Mənsimovun qardaşı habelə bildirir ki, Mübariz və Nuray əlbir olaraq bir çox saxtakarlıqlar ediblər, çoxsaylı adamlara zərər vurublar. Onları saxta vədlərlə aldadıblar. Marif Mənsimov qardaşından 17 il əvvəl satın aldığı Beşiktaş Ulusdakı villasının da sənədlərini indiyədək ondan ala bilmədiyini yazır. Ərizədə göstərir ki, Mənsimov bu villanı borclarının əvəzində banka girov qoyub.//virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:24-09-2021, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-09-2021, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti