Avropa Məhkəməsindən Azərbaycandan göndərilən 7 işlə BAĞLI QƏRAR - Pozuntular tanındı
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün Azərbaycandan göndərilən 7 ərizə üzrə qərarını elan edib.
Səbail rayon sakinlərinin ərizələr birləşdirilib və bir qərar çıxarılıb.
Qərarda bildirilib ki, Avropa Məhkəməsi 7 işdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb.
Zülfiyyə Əliyeva və başqa ərizəçilərin mənzilləri 2011-12-ci illərdə yol tikintisi zamanı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, sökülmüşdü. Ərizəçilərə hər kv.m üçün 1500 Azərbaycan manatı (AZN) məbləğində təzminat ödənilmişdi, ancaq onlar ümumi məbləğin 30 faizinə barəabər məbləğdə kompensasiyalara əlavəni ala bilməmişdilər.
Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, mübahisə üzrə milli məhkəmələrin qərarları onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 14-cü maddəsi iıə təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüququna zidd olub.
AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib. Məhkəmə ərizəçilərə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulmasına qərar verib.
Hökumət ərizəçilərə maddi zərərə görə ümumilikdə 43030 (7,930 avro, ərizəçi no.66249/16; 6,580, ərizəçi no.66271/16; 5,880, ərizəçi no.75978/16; 3,640, ərizəçi no.77309/16; 5,900, ərizəçi no.77691/16; 5,500, ərizəçi no.1038/17; 7,600, ərizəçi no.52821/17;), mənəvəvi zərərə görəsə hər birinə 3 000, ümumilikdə 64 min 30 avro təzminat ödəməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2021, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-09-2021, 13:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11