Məktəblərdə rus sektorları ləğv olunacaq? - AÇIQLAMA
Son günlər əhalinin bir qismi ölkəmizdəki təhsi ocaqlarında rus bölməsinin olmasını istəsə də, az bir qismi bunun əleyhinədir. Hətta bağlanıb-bağlanmaması ilə bağlı sosial şəbəkələrdə də sorğular keçirənlər var.
Mövzuyla əlaqədar Sonxeber.az-a Təhsil Eksperti Kamran Əsədov açıqlama verib.
O, rus sektorunun bağlanmasının mümkün olmadığını qeyd edib:
"Təhsil haqqında Azərbaycan ərazisində ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyaya görə, hər bir kəsin təhsil alma hüququ var və bu heç bir halda məhdudlaşdırıla bilməz. Yenə təhsil haqqında qanuna və Konstitusiyaya görə hər kəs öz ana dilində təhsil ala bilər.
Azərbaycanın hazırda 4435 orta təhsil məktəbində 1.6 milyon şagird təhsil alır, o məktəblərin 320-sində 90 min şagird birbaşa rus bölməsində oxuyur. Digər tərəfdən, xarici dil kimi rus dilini keçənlərin sayı 490 min nəfərdir.
Azərbaycan bütün vətəndaşlarına təhsil alma imkanları verir. Sadəcə olaraq, təəssüflər olsun ki, bir çox ailələr özləri rus dilini bilmədikləri halda övladlarını rus bölməsinə yazdırırlar.
Rəqəmlərə müraciət etsək, görərik ki, 2010-cu ildə rus bölməsinə 15 min şagird qəbul olunub. Amma məzun olanda onların sayı 6 minə qədər düşüb. 9 mini 1-ci sinifdən 11-ci sinifə qədər, artıq tədris yuxarı qalxdıqca, rus dilində oxuma, yazma, anlama, dinləmə qabiliyyətinə malik olmadığı üçün imtina edib. Yekun nəticədə, həmin şagirdlər Azərbaycan bölməsinə qayıdanda güclü biliyə malik olmurlar. Ona görə də tövsiyə olunur ki, uşaqların əziyyət çəkməməsi üçün rusdilli ailələr övladlarını rus bölməsinə yazdırsınlar.
Bu gün valideyinlər övladlarını rus bölməsinə qoyurlar ki, onlar bir xarici dili yaxşı bilsinlər. Ali məktəblərə qəbul imtahanlarında rus bölmələrinin abituriyentləri daha aşağı balla yaxşı ixtisaslara qəbul ola bilirlər. Misal üçün, Azərbaycan bölməsinə 550-600 balla qəbul olunduğu ixtisaslara rus bölməsində 200-250 balla keçə bilir.
Rus bölməsi, əlbəttə ki, Azərbaycanda ləğv oluna bilməz.
Artıq 2 ildir ki, rus bölməsinə qəbul uşaqların yoxlanılması ilə həyata keçirilir. Əgər minimum biliyə malikdirlərsə, rus bölməsində təhsil almasına icazə verilir.
Latviya, Litva və Estoniyada, əhalisinin böyük əksəriyyəti ruslar olan Ukraynada rus dili qadağan edilib.
Düzdür, Azərbaycanda rus dilli vətəndaşlar çox olmasa belə, Konstitusiyaya görə, dövlət tolerantdır və hər kəsin təhsil alma hüququnu təmin edir. Sadəcə olaraq biz uşaqların rus bölməsində oxuyub əziyyət çəkməmələri üçün Azərbaycan bölməsində xarici dil kimi rus dilininin keyfiyyətini və dərs saatını artırmağa çalışmalıyıq. Bu halda insanlar rus bölməsinə getmək yerinə, əksinə, rus dilini daha yaxşı öyrənə bilərlər və əziyyət çəkməzlər.
Konstitusiya və təhsil haqqında qanunda deyilir ki, öz ana dilimizdə təhsil verməliyik. Azərbaycan dilində təhsil icbaridir.
İngilis, Fransuz bölməsi üzrə dərslər yoxdur. Kimsə istəyirsə, ödənişli ola bilər. Azərbaycan dövləti öz ana dilində tədrisi öhdəliyinə götürüb. Rus, İngilis, Ərəb-Fars dilində təhsil vermək öhdəliyi yoxdur. Amma xarici dil kimi, müəyyən məktəblərdə sadaladığım dillər tədris olunur, dövlət məktəblərində isə onlar yoxdur.
Azərbaycan hər zaman tolerant olub və ölkəmizdə öz dilində təhsil almaq istəyənlərin təhsil alma hüquqları var".
Paylaş:
Müəllif : Yazar
Tarix:17-09-2021, 13:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-09-2021, 13:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01