Saxta mina xəritələri oyunu bitdi - NƏ ETMƏLİ?
Məlum olduğu kimi, Gürcüstan və Rusiyanın vasitəçiliyi ilə 2 dəfə mina xəritələri qarşılığında erməni diversantların bir qismi geri qaytarıldı. Sonra rəsmən bəyan edildi ki, verilən xəritələrin yalnız yüzdə 25-i düzdür. Ermənistanın təqdim etdiyi mina xəritələrinin özünü doğrultmaması bu məsələdə vasitəçilik edən Rusiyanın, Gürcüstanın, eləcə də ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in İsveç sədrliyinin aldadılması demək idi. Düzdür, bu dövlət və qurumlardan saxta xəritələrlə bağlı heç bir rəsmi münasibət olmadı. Halbuki vasitəçiliklə bağlı onların üzərinə məsuliyyət düşür. Çünki bu xəritələr əvəzində Azərbaycan dövlətinə qarşı qəsd etmiş ermənilər təhvil verilmişdi. Vasitəçilik edən dövlətlərin mina xəritələri fırıldağına şərik olduğunu iddia etmək ədalətsizlik olardı, amma ən azından bu saxtakarlığa görə ermənilərdən izahat istəməli idilər.
Beləliklə, indi yaranmış vəziyyət belədir ki, mina xəritələri mövzusu gündəmdən çıxıb. Ermənilərin diversantlarını geri istəmək cəhdləri də səngiyib. Bu isə növbəti erməni saxtakarlığının nəticəsidir ki, daha heç bir özünə hörmət edən dövlət və beynəlxalq təşkilat Ermənistanın saxta xəritələrinə qarant durub vasitəçilik etmək istəmirlər. Ermənistan həm də guya günahsız olduqlarını dedikləri diversantların taleyi ilə oynadı.
Biz bir az gec olsa da, torpaqlarımızı erməni minalarından təmizləyəcəyik, erməni diversantları isə Azərbaycan həbsxanalarında çürüyücəklər...
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Qərb dairələri II Qarabağ savaşının sonu kimi imzalanmış 10 noyabr razılaşmasından sonra Azərbaycan ərazilərinə soxulan, zərərsizləşdirdiyimiz erməni terrorçularının geri qaytarılması üçün səfərbər olunmuşdular: “Bu o ölkələr idi ki, illərlə terrorla mübarizə üçün öz sərhədlərindən min kilometrlərlə uzaqda hərbi əməliyyatlar aparırdılar. Məsələn, ABŞ öz ərazisində ona çağırış etmiş terrorizmlə qlobal və dayanıqlı mübarizə çərçivəsində Əfqanıstanda müharibədə, Pakistanla sərhəd Vəziristanda müştərək antiterror əməliyyatlarında, Filippində, Somalidə, Yəməndə, Keniyada, Sudanda, Kamerunda ”Əl-Qaidə"yə qarşı apardığı əməliyyatlarda həbs etdiyi, Kuba ərazisində Quantanamo hərbi bazasında həbsxanada saxladığı terrorçuları o zaman nə özü, nə də dünya ictimaiyyəti hərbi əsir olaraq qəbul etmirdi. Azərbaycan tərəfi dəfələrlə həbs olunanların 10 noyabr üçtərəfli bəyanat çərçivəsində azad edilməsi nəzərdə tutulan hərbi əsirlər olmadığını faktlarla sübut etsə də, bu faktlar Rusiya, Gürcüstan, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in cari sədr ölkəsi kimi İsveç rəsmiləri görməməzlikdən gəldi. Məntiqi olaraq sual yaranırdı ki, kəşfiyyat xidmətləri kifayət qədər inkişaf etmiş bu ölkələrin diversiya törədən terrorçuları hərbi əsir elan etməsi təşəbbüslərinin əsasında hansı məqamlar dayanırdı?
Bu məsələdə rəsmi Bakıya diplomatik təzyiq cəhdləri formalaşdırmaq təşəbbüsləri sezilirdi, amma nəzərə alsaq ki, bu cəmi bir dəfə oynanılacaq kart kimi qısamüddətli hesabda işləsə də uzunmüddətli hesabda bu kart yararsız idi. Sonrakı proseslər və terrorçuları hərbi əsir kimi tələb edən ölkələrin sonrakı addımları bəzi məsələləri aydınlaşdırdı. Məhz terrorçuları rəsmi Bakıdan azad etməsini tələb edən dövlətlərə məxsus şirkətlərin işğal illərində Qarabağın təbii resurslarının qanunsuz talanması, ekologiyaya ziyan vurulması, işğal altında olan nəzarətsiz ərazilərin talan edilməsi kimi cinayətlərdə iştirakı faktları məlum oldu. Amma daha çox bunlar 10 noyabr razılamasında nəzərdə tutulan kommunikasiyaların açılması istiqamətində büruzə verdi. Bir sıra ölkələr bu təzyiqləri dəhlizlərin açılması ilə formalaşacaq yeni reallıqlarda mövqelər əldə etmək üçün, bir sıra dövlətlər ləngitmək istiqamətində istifadə etdi".
Ekspert qeyd etdi ki, 10 noyabr üçtərəfli razılaşmasından sonra Ermənistan və onun regiondakı digər havadarları Qarabağ ərazisinə terrorçular göndərməklə 30 ilə yaxın həyata keçirdikləri çirkli daşınmaları davam etdirmək üçün sərhədlərimizdə bir terror koridoru yaranmasına çalışırdılar: “Qarabağ uzun illər çirkli daşınmalar və regionun beynəlxalq sanksiyalara məruz qalmış qonşu ölkələri üçün bu sanksiyalardan yayınmaq məqsədli bir platforma idi, bu koridor da məhz bu prosesin davam etməsi üçün vacib idi.
Yeni reallıqlarda mövqelərini möhkəmlədən Azərbaycan yeni şərtlər irəli sürməklə regiona yeni iqtisadi tərəfdaşlar cəlb edir, bununla da bölgəyə nəzarət imkanlarını genişləndirir və möhkəmlədir. Buna əsas maneə kimi isə mina xəritələrinin əldə olmaması idi və terrorçuların müqabilində mina xəritələrinin alınması təşəbbüsündə də məhz bu faktor rol oynadı.
Ermənistanın təqdim etdiyi mina xəritələrinin özünü doğrultmaması istər Rusiyanın, Gürcüstanın, istərsə də ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in İsveç sədrliyinin aldadılması ilə paralel, həm də onlara olan güvənin zədələnməsi anlamına gəlir. Bunu Ermənistanın Rusiya, Gürcüstan, ABŞ, Avropa İttifaqı və ATƏT-in ələ salması kimi də qəbul etməliyik. Vasitəçilik edən dövlətlər Ermənistandan onları mina xəritələri fırıldağına şərik etməsinə, bu saxtakarlığa görə izahat tələb etməməsindən o da aydın olur ki, bu məsələdə onların fərqli maraqları var idi və terrorçularla diplomatik təzyiqlər, sadəcə, vasitə idi".
Y.Hacıyeva dedi ki, Qərbin mina xəritələri mövzusu ilə erməni diversantlarını geri istəmək cəhdləri və bununla bağlı kampaniya səngimiş kimi görünür, amma istər Ermənistan, istərsə də onların beynəlxalq təşkilatlardakı havadarları bu mövzu üzərindən hüquqi təqiblər başlamaq üçün zəminlər formalaşdırıblar: “Erməni saxtakarlığının bütün dünyaya sübut edilməsi haqqında suala gəlsək, mina xəritələrinin müqabilində terrorçuların istənilməsində qarant duran, vasitəçilik edən instansiyalar prosesi növbəti mərhələyə daşıyıblar və bu proses davam edəcək. Şübhəsiz ki, Ermənistan həm də guya ”günahsız" olduqlarını dedikləri diversanlatların da taleyi ilə oynadı. Hətta öz ölkələrində onları dincəlməkdən gəlməkdə, kurortda olmaları ilə ittiham edirdilər, sanki sağ qaldıqları üçün günahlandırırdılar. Minalı ərazilərin xəritələrinin alınması mövzusunda biz əvvəldən bildiyimiz bir məqamı bir daha özümüz üçün təsdiqləmiş olduq. Mina xəritələrinin alınması mövzusunda da Qərbin səmimiyyəti 30 ilə yaxın torpaqlarımızın azad edilməsi danışıqlarındakı səmimiyyəti qədərdir".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:17-09-2021, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-09-2021, 09:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11