“Payızda digər respirator xəstəliklərlə koronavirus bir-birinə qarışacaq” - Diqqət!
Son günlər koronavirusa yoluxma sayında gah azalma, gah da artım müşahidə edilir. Ölüm sayları isə yenə də çoxdur. Yazını hazırladığımız zaman açıqlanan statistik məlumata görə, ölkəmizdə COVİD -19 infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6 167 nəfər vəfat edib. 40 965 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, bu günə qədər isə ümumilikdə 4 675 110 test icra olunub.
Ötən il bu vaxtı xatırlasaq, sərt karantin rejimi, qaydalar tətbiq edilirdi. Bu il isə toylar davam edəcək, məktəblər açılacaq. Restoranlar işləyəcək, bir sözlə, həyat normal axarında gedəcək. Ötən ilin bu vaxtları ilə müqayisədə yoluxma və ölüm statistikası da çoxdur. Amma qapanmalara gedilmir. Vaksinə inamsızlıq isə hələ də qalmaqdadır. Çünki vaksin olunanlar arasında yoluxanlar az deyil.
Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev yaranan bu vəziyyətlə bağlı danışıb: “Koronavirusla bağlı vəziyyət məlumdur. Hazırda yoluxma sayı azalmağa doğru gedir. Amma bu həqiqətən də belə davam eləyəcək, yoxsa üzü payıza doğru artacaq, bunu zaman göstərəcək. Əslində üzü payıza doğru digər respirator xəstəliklər artacaq. Bu da koronavirusa qarışacaq, o cümlədən üzü payıza doğru koronavirusun da artma ehtimalı var. Buna görə hazırda vəziyyət nəzarətdədir, demək olar. Düzdür, aktiv xəstə sayı indi xeyli çoxdur. Amma azalmağa doğru istiqamətdə gedir, yəni sağalanların sayı artır. Yoluxanların sayı azalır. Bu da aktiv xəstə sayını azaldır. Buna görə hazırda sərt karantinə də ehtiyac görülmür. Yəqin ki, yaxınlarda xüsusi karantin qaydası tətbiq olunmayacaq və bundan sonra da olacağını düşünmürəm. Bəli, məktəblər açılır. Toylar da davam edir, restoranlar da işləyir, hamısı öz axarında işlərini davam etdirir. Sadəcə, vaksin pasportu tələb olunur və vaksin pasportu olmayan şəxslər, bildiyiniz kimi, belə yerlərə buraxılmır. Hesab edirəm ki, düzgün qərardır. Amma indi bilirsiniz ki, Məhərrəmliklə əlaqədar bəzi regionlarda toylar keçirilmir. Düşünürəm ki, bunun təsiri çoxdur və indi toyların keçirilməsi bir az artsa, aktivləşmə olsa, çox böyük ehtimalla yoluxma sayında artım müşahidə ediləcək. Digər tərəfdən də vaksinasiya olunanların sayı artır. Düzdür, vaksin olunanlar yoluxur. Amma olunmayanlar qədər yoluxmur, yəni onların yoluxma ehtimalı azdır. Amma təbii ki, var. Onların xəstəliyi ağır keçirmə ehtimalı da çox azdır, vaksinin bu kimi faydaları var”.
İnfeksionist əlavə edib ki, ötən illə müqayisədə yoluxma sayı daha çoxdur: “Nə üçün çoxdur? Çünki indi karantin qaydaları keçənilki kimi deyil. Yadınızdadırsa, keçən il çox böyük güclü karantin qaydaları vardı. Hətta rayonlararası yollar da bağlı idi. İndi bu qadağalar yoxdur və hətta toylar keçirilir. Restoranlar açıqdır, məktəblər də açılır. Yəni karantin qaydaları keçən illə müqayisədə yox səviyyəsindədir deyə indi yoluxma sayı artıqdır. Yoluxma sayında artım ”Delta" ştammı ilə də bağlı oldu. Bu amili unutmamalıyıq. Ölüm sayında artıma gəldikdə isə belədir ki, əhalidə bir qədər arxayınlaşma var. Əvvəlki kimi özlərində xəstəlik hiss edən kimi xəstəxanaya gəlmirlər. Gözləyirlər, ağırlaşma olur, sonra xəstəxanaya yaxınlaşırlar. Buna görə ağırlaşma və ölüm hallarının sayı da çoxdur. Xəstəxanalarda həyatını itirənlərin sayı çoxdur, əksəriyyəti də xəstəxanada ölür. İnsanlarda da xəstəxanalarla bağlı bir qədər qorxu var. “Xəstəxanaya getsəm öləcəm” kimi fikirləşirlər. Bunu müşahidə etmişik. Buna görə də ən son məqamda, əlacsız qalıb müraciət edirlər. Ağırlaşma və ölümlərin sayı buna görə çoxdur".
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus əleyhinə 69221 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə 47198 nəfərdir. Vaksinlərin ümumi sayı 7 680 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 530 138, ikinci mərhələ üzrə isə 3 150 289 nəfər təşkil edir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:16-09-2021, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-09-2021, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11