“Azərbaycanda 20 xəstəxanada vurulur, amma soyuducu 3-4 ədəddir” - “Pfizer”lə bağlı böyük narahatlıq
"COVID əleyhinə vaksin nədir? Nə üçün lazımdır? Siz buz üstündə hokkey, əslində hokkey oyununa baxmısınız.
Hokkeyçilərin yüksək sürətlə bir-biri ilə toqqusmalarını və ya buz meydançasının kənarında divarlara cırpılmalarını görmüsünüz. Ara qarışanda hokkey ağacları da işə düşür. İndi hesab edin ki, hokkeyciler zirehli geyim, dəbilqə geyinmirlər. Nə baş verər? COVID əleyhinə peyvənd hokkeyçinin geyindiyi dəbilqə, zirehli geyim, döyüşən əsgərin geyindiyi bronojilet, qoruyucu vasitələrdir. 44 günlük Vətən muharibəmizdə əsgərlərimiz, zabitlərimiz həmin o bronojiletləri, dəbilqələri geyinməsəydilər, şəhidlərimiz 3 min yox, 30 min olardı.
Şəhidlərimiz, qazilərimiz arasında elələri oldu ki, yaralanan zaman dəbilqəni, bronejileti ağırlığına, hərəkətə mane olduğuna görə çıxarmışdı. Döş qəfəsindən yaralanmışın bronojileti, kəllə-beyin nahiyəsindən yaralanın dəbilqəsi olsaydı, çıxarmasaydı, təbii ki, ya yaralanmaz, heç olmasa, yüngül yaralanar və sağ qalardı. Dəbilqə-bronojilet təbii ki, hər yeri, boyun-boğazı, kürəyi, ətrafları qorumur".
Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm koronavirusla aparılan mübarizədən bəhs edərkən deyib.
O, sözlərinə belə davam edib:
"Hər 2 müharibədə kürəkdən yaralanan əsgər-zabit görmədim. Bizimkilər sinədən və başdan yaralanırdılar, mina-mərmi partlayışları isə daha çox ətrafları yaralayır, hətta qoparırdı da... İlan tutan da rezin çəkmə, xüsusi geyim geyinir. Lap elə COVID həkimləri kimi. Meşəyə girən də əlinə balta götürür. Ağacı kəsmək, qarşısına çıxan ayıdan qorunmaq üçün. COVID peyvəndi də belədir. Dəbilqəni, zirehli geyimi əvəz edir. Geyinənlər, yəni peyvənd vurduranlar ya xəstələnmirlər, ya da yüngül xəstələnir, əksər hallarda xəstəliyi ayaqüstü keçirirlər. Bu qədər sadə, bu qədər bəsit.
Azərbaycan Ordusunun xüsusi təyinatlısının ekipirovkasi, yəni dəbilqəsi, bronojileti, xüsusi ayaqqabısı, əlcəkləri, dizlikləri, dirsəklikləri, biləklikleri, digər qoruyucu vasitələri ilə birlikdə 2500-3000 avro qiymətindədir. Bircə komplektin qiyməti budur. Dövlət onu alıb ki, əsgərlərimiz arasında ölüm minimum olsun. Elə də oldu. Düşmən tərəfdən 10-12 minə qarşı 3 minə yaxın şəhid verdik. Bizə vurulan 2 doza vaksinin qiyməti isə 55-60 avrodur. Dövlət özü alır və vətəndaşına pulsuz vurur. İnşallah, sentyabrın 11-də 2-ci vaksin növbəmdir. Bu dəfə "Pfizer". Çünki çarpaz vaksinasiya daha effektlidir".
Cərrah Ədalət Rüstəm müqayisəli təhlilin ardınca çarpaz vaksinasiya məsələsini gündəmə gətirib. O, 2 doza vaksindən sonra hansı vaksinin daha effektli olması və çarpaz istifadəsindən danışıb:
"Vətəndaşlar çarpaz vaksinasiya, yəni 3-cü doza vaksin üçün istənilən birini seçə bilərlər. Məsələn, 2 doza "CoronaVac" vurduran adam 3-cü doza üçün “Pfizer", "Sputnik V", yaxud da digər vaksinləri vurdura bilər. Ən yaxşı vaksin isə bildirim ki, “Pfizer"dir. Amma həmin vaksin mənfi 70 dərəcədə saxlanılmalıdır. Bildiyim qədər, sözügedən vaksin üçün soyuducu kameralar 3-4 ədəddir. Bakı şəhəri də daxil olmaqla, regionlarda 20-dək xəstəxanada "Pfizer" peyvəndi vurulur. Bu, o deməkdir ki, vaksinləri adi soyuducudan götürüb insanlara vururlar".
Ədalət Rüstəm bildirib ki, "Pfizer" in Azərbaycanda vurulmasının mənfi cəhəti təlimata uyğun istifadə edilməməsidir:
"İnsanlara lazımı şəraitdə saxlanılmayan həmin vaksin vurulanda, yan təsirləri ola bilir. Məsələn, allergik reaksiyalar, səpkilər, qaşınmalar və s. əlamətlər olar. Vaksin vurulan günü temperatur, baş ağrısı verə bilər. Təşviş içərisində olan bəzi vətəndaşlar bilməlidirlər ki, nə qədər yan təsiri olsa da, vaksindən adam ölmür".
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2021, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2021, 16:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11