Bakıda özbaşınalıq: Tikinti şirkəti vətəndaşın obyektini sökdü - VİDEO
Bakıda tikinti şirkətlərindən biri vətəndaşın obyektini ondan xəbərsiz söküb. Hadisə Nəsimi rayonunda olub. Söhbət ''Grand Plaza'' adlı tikinti şirkətindən gedir. Nəticədə vətəndaşa ziyan dəyib. Sözügedən şirkət də obyektin sökülməsinin səbəbini XəzərXəbər-ə açıqlayıb.
RegionXəbərləri.com xezerxeber.az-a istinadən xəbər verir ki, Vətəndaşın obyekti ondan xəbərsiz tikinti şirkəti tərəfindən sökülüb. Hadisə paytaxt sakini Mərdan Yusifovun başına gəlib. O bildirir ki, ''Grand Plaza'' adlı şirkət Nəsimi rayonu, Süleyman Rüstəmov 59 ünvanında yerləşən 82 kv/m-lik təmirli obyektini söküb. Həmin şirkət ərazidə 4 ilə yaxındır ki, tikinti işləri aparır. Şirkətlə vətəndaşın razılaşması olmadığından obyekti sökülməyib. Buna baxmayaraq şirkət obyekti hasara alaraq fəaliyyətini dayandırıb
Zərərçəkmiş deyir ki, şirkət tərəfindən indiyə qədər ona verilən sözlər tutulmayıb. Üstəlik obyekt fəaliyyət göstərmədiyi üçün kompensasiya da ödənilməyib.
Çəkiliş aparan zaman məlum oldu ki, ''Grand Plaza''dan narazı qalan təkcə Mərdan Yusifov deyil. Qonşu məhəllədə yaşayan bir neçə sakin də bənzər halla üzləşiblər
''Grand Plaza'' şirkətinin rəsmisi Namiq Rzayev isə bildirdi ki, sözügedən ərazidə yerli icra hakimiyyətinin sərəncamı ilə tikinti işləri aparılır. 125 mənzil sahibinin 124 ilə razılığa gəlinib. O, obyektin sökülməsinin səbəbindən də danışıb.
O ki, qaldı digər məhəllədə yaşayan şəxslərin narazılığına, Namiq Rzayev bildirdi ki, şirkət həmin şəxslərlə razılığa gəlməsə, iş məhkəmə müstəvisində həll ediləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-09-2021, 08:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-09-2021, 08:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti