"Peyvənddən sonra təlaş keçirməyin" - Diqqət, XƏBƏRDARLIQ!
"Dərin psixoloji təpki altında olan insanlıq hazırda çox ağır, gərgin və əzablı günlərini yaşayır. Gündəmdə olan, lakin bir çox gizlin məqamları açıqlanmayan COVİD-19, artıq danılmaz faciədir. Növbəti dalğaların olacağı, daha qorxulu mutantların əmələ gələcəyi, anticisimlərin azalması "Covid-19"-a təkrarən yoluxmanı “tətikləyir” deyimi, peyvəndlər çox ciddi fəsadlara səbəb olacaqdır kimi əsassız, məqsəd və məramı məlum olmayan fikirlər insanların beyninə yeridilərək, onlarda kütlə psixologiyası formalaşdırılır.
Senzura nəzarətinin olmaması fərqli, ziddiyyətli, xüsusən ciddi fəsadlara yol açan, qeyri-mütəxəssis münasibətlərin yayılmasına səbəb olur. Bu hal öz növbəsində insan sağlamlığına "Covid-19"-dan da çox zərər vurur".
Bu fikirləri Tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında deyib. Professor qeyd edib ki, "Covid-19" tərkibinə 30 mindən çox aminturşu daxil olan, ən uzun RNT genomuna malik virus serotipi olduğundan, sürətli mutasiyaya məruz qala bilməz:
"Aktiv yoluxdurma və faza dönəmi dörd fəsildən artıq olmayan bu tipli viral infeksiyalarda, hər ay, sələfindən müəyyən genom fərqliliyi göstərən yalnız 2 mutant ştamm əmələ gələ bilər. Odur ki, COVİD-19-un hazırda genom fərqliliyi göstərən mutantlarının ümumi sayı 24-dür. ÜST-nin bu ilin may ayının 31-də COVİD-19 ştammlarını yunan əlifbası hərfi sırası ilə adlandırmasının da əsas səbəbi budur. Xatırlatmaq istəyirəm ki, RNT-nin letallıq mutasiyasının nəticəsi kimi əmələ gələn bütün mutant ştammlar, sələfindən, yəni ana ştammdan bu və ya digər klinik gediş və əlamətilə fərqlənə bilər. Lakin bu mutantların “letallıq göstəricisi”, müalicəyə dözümlülük və “peyvəndə inertlik” xüsusiyyəti, heç bir halda COVİD-19-dan “yüksək” ola bilməz. Odur ki, hazırda COVİD-19-dan (alfa ştammı) başqa öyrənilmiş üç (beta, qamma, delta), öyrənilməsi yekun mərhələdə olan beş və zaman-zaman öyrəniləcək digər 15 ştammın tədqiqi yalnız elmi məqsəd daşıyır. Yəni sırf elmi məqsəd, çünki onlar insanlıq üçün xüsusi qorxu törədəcək, praktik əhəmiyyət kəsb etmir. Digər tərəfdən, hər elan olunacaq növbəti ştammın potensial fəallığı əvvəlkindən az olduğundan, onlar artıq fəsli infeksiya kimi dəyərləndirilməli və profilaktik tədbirlər bu istiqamətdə qurulmalıdır".
M.Qəniyev peyvəndin ehtimal olunan fəsadları haqqında da danışıb: "Bu gün bütün dünyada "Covid-19" əleyhinə istifadə olunan peyvəndlər ya inaktiv, ya da “vektorlu” peyvəndlər qrupuna aiddir. Bu peyvəndlərdən heç biri, enzim patalogiyası olan məhdud insan qrupu istisna olunmaqla, digər şəxslərdə fəsad və xüsusi müdaxilə tələb edən ciddi əlavə effektlərə səbəb ola bilməz. Nəzərə almaq lazımdır ki, bu cür şəxslərdə, təkcə COVİD-19 əleyhinə vaksin deyil, istənilən peyvənd və ya dərman preparatları da atipik reaksiyalar törədə bilər. O ki qaldı peyvənddən sonra inyeksiya yerində ağrının olması, hətta bir neçə gün davam etməsi, qızdırma, üşütmə, halsızlıq, ishal, habelə baş və əzələ ağrıları. Onlar yan təsir yox, formalaşan immunitetin zəruri reaksiyalarıdır. Yəni orqanizmdə immunitetin yaranmasının təsdiqi əlaməti olub, qısa müddətdən sonra azalaraq, tamamilə aradan qalxır. Odur ki, "Covid-19" əleyhinə vaksinasiya zamanı müşahidə oluna bilən bu kimi reaksiyalar, peyvəndin fəsadı kimi qiymətləndirilməməlidir. Son olaraq bildirirəm ki, "Covid-19"dan qorunmanın ən sadə yolu, yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etməkdir".
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2021, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2021, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11