Paralimpiya Oyunlarında qızıl medal qazanan üzgüçümüz: “Növbəti nailiyyəti qazanmaq üçün hazırlaşacağam”
“Şadam ki, qızıl medal qazandım. Bu mənim ilk Paralimpiya qızıl medalımdır”.
Bunu bu gün Azərbaycana Tokioda keçirilən Paralimpiya Oyunlarında qızıl medal qazandıran üzgüçü Raman Saley deyib.
O, 100 metr məsafəyə arxası üstə üzmədə qızıl medal qazanıb.
“Nəticədən razıyam. Ötən Paralimpiya Oyunlarında gümüş medal qazanmışdım. Bu dəfə özümü yaxşı tərəfdən göstərdim. Növbəti nailiyyəti qazanmaq üçün hazırlaşacağam. Çünki məndə hələ Paralimpiya Oyunlarında çıxış yekunlaşmayıb. Ümid edirəm ki, yenə medallar qazanacağam.
Kim ki mənə inanaraq dəstək göstərib, hamısına buna görə təşəkkür edirəm. Çox şadam ki, belə bir dəstəyə malik idim”.
Qeyd edək ki, Belarus əsilli üzgüçü 29 avqustda 50 metr, 31 avqustda 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq. 27 yaşlı idmançı sentyabrın 3-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə də çıxış edəcək.
Onu da bildirək ki, Raman Saley Natali Proninadan sonra Paralimpiya Oyunlarında qızıl medal qazanan ikinci üzgüçüdür. 2012-ci il London Paralimpiya Oyunlarında 100 metr məsafəyə arxası üstə üzmədə qızıl medal qazanmış Proninanın qadın olduğunu nəzərə alsaq, Saley ilk belə uğura imza atan kişi idmançımızdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-08-2021, 17:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-08-2021, 17:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01