Uşağını döyənlərə hansı cəza verilir?
Uşaq ailənin güzgüsüdür deyirlər. Yəni, ailə daxili münasibətlər,valideynlərin rəftarı onların övladlarından çox rahatlıqla sezilir. Uşaqlara qarşı zorakılıq cəmiyyət tərəfindən narazılıqla qarşılansa da, hələ də köməksiz və ailəsinə sığınan azyaşlıların döyülməsi faktlarına rast gəlinir.
ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Vəfa Əkbər - Psixoloq: "Onun artıq güvəni sarsılıb. Onun artıq valideyn obrazına inamı azalıb. Elə uşaqların sayı artdıqca cəmiyyətə yarasız fərdlər formalaşır və çoxalır”.
Övladını döyməyən dizini döyər məsəlini əldə rəhbər tutan ailə fərdləri bu üsulu tərbiyə metodu kimi qəbul edir. Amma bu çıxış yolu deyil. Övladını tərbiyə adı altında döyən, söyən, onu incidən valideynin də məsuliyyəti az deyil.
Şəmsəddin Əliyev - Sabiq Polis Rəisi: "Törətdiyi hərəkətə görə valideyn həm inzibati həm də cinayət məsuliyyətinə cəlb edilə bilər. Bunun üçün isə, ortada predmet olmalıdır. Şikayət olmalıdır”.
Ev mənim, sirr mənim təxəyyülü altında baş verən belə hadisələrin müəyyən edilməsi isə, çox vaxt mümkünsüz olur. Çünki məişət zorakılıqları ailə böyükləri tərəfindən gizlədilir. Səbəbi isə çox sadədir - qınaq...
Aydın Mirzəzadə - Millət vəkili: "O yerdəki nənə-baba övladları ilə birgə uşağın tərbiyəsi ilə məşğul olur, orda belə problemlər olmur. Düşünürəm ki, ailə fərdlərinin maarifləndirilməsinə daha çox ehtiyac var. Televiziyalarda, kitablarda, cəmiyyətdə”.
Ailə quran fərdlərin ilk növbədə öz məsumiyyətlərini anlamaları, valideynlik borclarını bilmələri çox önəmlidir. Nadinclik eləyəndə qışqırmaq, səhvə yol verəndə usağı döymək ən asan üsuldu. Amma valideyn olan şəxs bunun əvəzində düzgün tərbiyə üsulları seçməlidir. Düzgün tərbiyə verə bilmədikdə isə ilk növbədə özünə, sonra da cəmiyyətə zərərli bir fərd yetişmiş olur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-06-2019, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-06-2019, 14:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11