TALİBANI İDARƏ EDƏN 6 ŞƏXS... - Dünya onlardan danışır + FOTOLAR
ABŞ-ın Əfqanıstandan çəkiləcəyi ilə bağlı açıqlamadan sonra hakimiyyəti daha da genişləndirən Taliban ölkədəki nəzarəti təkrar ələ keçirdi.
Bəs bütün dünyada addımları diqqətlə izlənilən Talibanı kimlər idarə edir?
Bakupost.az xəbər verir ki, Talibanı 26 nəfərlik Liderlik Şurası idarə edir.
Amma onlardan 6-sı daha çox diqqəti cəlb edir.
Onlar haqqında məlumatı təqdim edirik:
MOLLA HİBETULLAH AXUNDZADƏ
25 may 2016-cı ildə Taliban liderliyinə seçilib. Hazırda 60 yaşındadır və Talibanın əsas adamlarından biridir. Harada olduğu isə bilinmir.
MOLLA ƏBDÜLQANİ BİRADER
1968-ci ildə anadan olub. Talibanın 4 qurucusundan biridir. Siyasi məsələlər üzrə əsas şəxsdir.
2019-cu ilin yanvar ayından etibarən Qətərin Doha şəhərindəki Taliban ofisinin rəhbəridir. 2020-ci ilin mart ayında ABŞ prezidenti Donald Trampla telefonla danışaraq bir ilki gerçəkləşdirib.
MOLLA ƏBDÜL HAKİMDanışıq qrupunun rəhbəridir. Taliban lideri Axundzadənin ən etibarlı adamlarından biridir. 2014-cü ildə ABŞ-ın Quantanamo həbsxanasından sərbəst buraxılıb.
ŞİR MUHAMMƏD ABBAS STANİKZAL2015-ci ildə Talibanın Dohadakı siyasi ofisinin rəhbəri olub. Danışıq qrupunun rəhbəri Molla Əbdül Hakimin müavini təyin edilib.
MOLLA MUHAMMƏD YAQUBTalibanın qurucusu olan Molla Ömərin oğludur. 31 yaşındadır və Əfqanıstanda Talibanın hərbi əməliyyatlarına rəhbərlik edir.
SİRACƏDDİN HAKKANİTaliban qruplaşmasının mühüm tərkib hissəsi olan Haqqani Qrupunun lideridir. Haqqani Qrupu, Pakistan-Əfqanıstan sərhədi boyunca Talibanın iqtisadi və hərbi işlərini idarə edir. Qrup Əfqanıstanda baş verən ən böyük partlayışlardan bəzilərində günahlandırılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-08-2021, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-08-2021, 16:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26